Məhsullarımız
Bitki Çayları
Müalicəvi Bitki Çayları
Teabronx Çayı (Bəlğəmgətirici Çay)
Tərkibi:
Şirin biyan kökü, dəvədabanı yarpağı, böyük bağayarpağının yarpağı, kəklikotu, razyana toxumu, istiotlu nanə yarpağı.
Kimyəvi tərkibi:
Şirin biyan kökünün tərkibində qlisirrizin, qlisirrizin turşusu, onun K və Ca duzları, efir yağları, C vitamini və s. vardır. Dəvədabanı yarpağının tərkibində tussilyagin qlikozidi, efir yağları, aşı maddələri, selik, C vitamini və s vardır. Böyük bağayarpağı yarpağının tərkibində aukubin qlikozidi, flavonoidlər, aşı maddələri, C və K vitaminləri və s. vardır. Kəklikotunun tərkibində timol, karvakrol, borneol efir yağları və s. vardır. Razyana toxumunun tərkibində anetol, fenxon, pinen və s. terpenlərdən ibarət efir yağları, az miqdarda cirə turşusu vardır. İstiotlu nanə yarpağının tərkibində mentol, izovalerian və sirkə turşusunun efirləri, eyni zamanda üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. maddələr var.
Farmakoloji təsiri:
İstifadəsinə göstəriş:
Əks göstəriş: Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
İstifadə qaydası:
1-4 yaş: Bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
4-7 yaş: Bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
7-12 yaş: Bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
12 yaşdan yuxarı, böyüklər: İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Müalicə kursu 14 gündür.
Buraxılış forması: 25 filtr-bağlama.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.