Serebratea Çayı

Tərkibi: Ginkqo biloba yarpağı, mayasarmaşığı qozası, yemişan çiçəyi, çöl qatırquyruğu otu, yapon soforasının qönçələri.

İstifadəsi: Bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Qəbul müddəti 45 gündür.

10 günlük fasilədən sonra kurs təkrar olunur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Son zamanlarda informasiya çoxluğu, stresli həyat tərzi hətta gənclərdə belə güclü baş ağrıları və yaddaş problemləri yaradır. Uşaqdan-böyüyə hamı yaddaşsızlıqdan şikayət edir. Bunun da əsas səbəblərindən biri beyin qan dövranının zəifləməsi, qan laxtalanmasının yüksək olmasıdır. Nəticədə toxumaların qidalanma və oksigen təchizatında yaranan problemlər dofamin sintezini azaldır, neyronlararası əlaqəni zəiflədir. Bu da yaddaşın zəifləməsinə, diqqətin azalmasına səbəb olur. Herba Flora şirkətinin Serebratea çayı bütün bu problemlər zamanı köməyə gəlir. Vurğuladığımız kimi yaddaş problemlərinin əsasında beyin qan dövranının pozulması dayanır.

Serebratea çayı təsiri

Serebratea çayının tərkibində olan ginkqo-biloba yarpağı beyin qan dövranını, mikrosirkulyasiyanı yaxşılaşdırır. Beyin toxumasının qidalı maddələr və oksigenlə təchizatını yaxşılaşdırır. Nəticədə beyində sintez olunan dofaminin miqdarı artır, bu da öz növbəsində yaddaşı yaxşılaşdırır, diqqəti artırır. Qorxu, həyəcan, stress kimi halları aradan qaldırır. Gənc insanlarda bu tipli pozulmalar daha çox funksional olsa da, yaş artıqca damarların özündə gedən proseslər nəticəsində damar divarı kövrəkləşir, elastikliyini itirir, keçiriciliyi artır, beyin toxumasının qidalanması çətinləşir. Serebratea çayının tərkibində olan yapon soforasının qönçələri rutinlə olduqca zəngindir. Bu maddə isə damar divarını möhkəmləndirir, keçiriciliyi azaldır, elastikliyini artıraraq beyin mikrosirkulyasiyasını yaxşılaşdırır. Bəzən qan təzyiqinin yüksəlməsi, xüsusilə yaşlılarda beyin qan dövranının pozulmasına və başda küyün yaranmasına səbəb olan amillərdəndir.

Serebratea çayının tərkibindəki çöl qatırquyruğu otu sidikqovucu təsir göstərərək qan təzyiqini azaldır. Qan dövranının zəifləməsinə, beyin toxumalarının qidalanmasının pozulmasına qanın laxtalanmasının artması da birbaşa təsir göstərən amillərdəndir. Serebratea çayının tərkibindəki ginkqo-biloba, yapon soforası qandurulaşdırıcı effekt verərək qan dövranını nizamlayır. Serebratea çayının tərkibində olan yemişan çiçəkləri asetilxolinlə zəngin olduğundan neyronlararası əlaqəni yaxşılaşdıraraq həm yadasalma, həm də yaddasaxlama funksiyasını yaxşılaşdırır. Yaddaş funksiyaları pozulan insanlar nəyisə yada sala, yadda saxlaya bilmədikdə əsəbiləşir, yuxuları pozulur və bu da öz növbəsində prosesi daha da ağırlaşdırır. Serebratea çayı tərkibində olan mayasarmaşığı qozasının lupulin maddəsi hesabına sinir sistemini sakitləşdirir, yuxu problemlərini aradan qaldırır.

Serebratea çayı qəbul edin, möhkəm yaddaşa sahib olun!

https://fizulihuseynov.com

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar