Məhsullarımız Bitki Çayları Müalicəvi Bitki Çayları Sedati̇v Çay
SAKİTLƏŞDİRİCİ ÇAY
Tərkibi: Dərman pişikotu kökü, beşdilimli damotu otu, mayasarmaşığı qozası, istiotlu nanə yarpağı.
İstifadəsi: İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
Qəbul müddəti 30 gündür.
Çayın dəmləməsindən körpələr üçün vanna şəklində istifadə etmək olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif “zədələr” alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi və yüksək analiz qabiliyyəti tələb olunur. Bütün bu gündəlik problemlər müxtəlif nevrozluq, psixoemosional gərginlik, yuxusuzluq, depressiv vəziyyət, hətta ürək fəaliyyətinin pozulmalarına qədər gətirib çıxarır.
Sizə gündəlik yaşam tərzinə çevrilən ev, iş həyatında stress, yuxusuzluq, əsəb gərginliyi və yuxarıda sadaladığımız digər problemlər zamanı köməyə gələcək Herba Flora şirkətinin Sedativ çayı haqqında danışmaq istəyirəm. Herba Flora şirkətinin Sedativ çayı tam təbii, bitki tərkibli əvəzolunmaz məhsuldur.
Sedativ çayı tərkibindəki pişikotu kökü sayəsində sinir sisteminin mərkəzi bölmələrinə təsir edərək reflektor oyanıqlığı azaldır. Beləliklə baş beyinin sinir hüceyrələrində tormozlanma proseslərini sürətləndirir. Nəticədə sakitləşdirici, qıcolmaəleyhinə effekt verir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Tərkibindəki beşdilimli damotu otu sayəsində Sedativ çayı sinir hüceyrələrinin tormozlanma prosesini sürətləndirir. Sedativ effekti bir qədər də yüksəldir. Digər sakitləşdirici preparatlardan fərqli olaraq Sedativ çayı həm yüksək sedativ effekt verir, həm də tərkibindəki mayasarmaşığı qozası və istiotlu nanə yarpağı sayəsində orqanizmə stimullaşdırıcı, tonuslandırıcı təsir edir. Əhvali-ruhiyyəni yaxşılaşdıraraq insan orqanizmini gün ərzində gümrah saxlayır. Belə ki, mayasarmaşığı qozasının tərkibindəki kumarin maddəsi, istiotlu nanə yarpağının tərkibindəki efir yağı mentol insanlarda çox yuxuculluğun qarşısını alır. Həmçinin sakitləşən orqanizmə ruh yüksəkliyi verir.
Herba Flora şirkətinin Sedativ çayı tam təbii olduğu üçün bütün əsəbi gərgin olan insanlara, o cümlədən, predmenstrual sindrom və klimaks, hamiləlik nevrozları, doğuşdan sonrakı nevrozlar, şəkərli diabet, hipertireozdan əziyyət çəkən xəstələrə tövsiyə olunur. Çünki Sedativ çayı bu insanlarda narahatlıq, yuxusuzluq, qorxu, isterik vəziyyət, yorğunluq, depressiv vəziyyət və s. kimi psixoemosional sferada olan bütün problemləri tədricən aradan qaldırmağa kömək edir.
Herba Flora şirkətinin Sedativ çayını qəbul edin, stresdən uzaq olun!
Əlaqəli yazı mövcud deyil.