Məhsullarımız Bitki Çayları Müalicəvi Bitki Çayları Qastren Çayı
Tərkibi: Aptek çobanyastığı çiçəyi, adi palıd qabığı, dərman adaçayı yarpağı, istiotlu nanə yarpağı, qarazirə meyvəsi.
İstifadə qaydası: İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
İshallarda çayın dəmləməsindən imalə şəklində də istifadə olunur. Bu məqsədlə filtr-bağlamaların sayını və suyun miqdarını bədən çəkisinə uyğun olaraq artırmaq lazımdır.
Qəbul müddəti 10 gündür.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Havaların istiləşməsi ilə əlaqədar bağırsaq infeksiyalarının, qida zəhərlənmələrinin baş vermə halları artır. Baş verən ishal və qusma uşaq orqanizmində necə ağır nəticələr verəcəyi məlumunuzdu. Ishal zamanı itirilən maye və mineralları tez bir zamanda bərpa etmək, pozulmuş balansı tarazlamaq vacib şərtlərdəndir. Hələ lap qədimdən də ishal zamanı daha çox təbii bitkilərdən hazırlanan dəmləmələrə üstünlük veriblər. Bitkilər tərkibindəki maddələr və minerallarla əlaqədar olaraq pozulmuş balansı tənzimləyirlər. Bütün bunları nəzərə alaraq sizə Herba Flora şirkətinin məhsulu olan QASTREN çayı haqqında danışmaq istəyirəm.
Bildiyiniz kimi ishal yaranma səbəbindən asılı olmayaraq bağırsaqların perisatltikası artır bunu aradan qaldırmaq üçün QASTREN çayının tərkibindəki bitkilərdən qarazirə toxumları, adi palıd qabığı büzücü təsir göstərir, bağırsaqların peristaltikasını azaldır. Həmçinin qusma zamanı yaranmış əks peristaltikanı aradan qaldırır.
İshal və qida zəhərlənmələri zamanı bağırsaqlardan daimi sorulan toksik maddələr intoksikasiyaya səbəb olur bu da vəziyyəti daha da ağırlaşdırır. Qastren çayının tərkibində olan adi palıd qabığının tərkibindəki tanin maddəsi bağırsaq divarındakı zülallarla birləşərək bürüyücü təbəqə əmələ gətirir, toksik maddələrin sorulmasının qarşısını alır.
Həmçinin Qastren çayının tərkibində olan adaçayı yarpağı, aptek çobannyastığı çiçəyi bağırsaqlardakı xəstəlik törədən infeksiyalara və onların bağırsaq divarında yaratdıqları iltihabi proseslərə qarşı təsir göstərir. Çünki adaçayı yarpağının tərkibində bitki antibiotiki olan salvin maddəsi, efir yağı sineol var.
Adətən ishal zamanı qarşılaşdığımız əsas problemlərdən biri də həzmin pozulması, bunun fonunda yaranan iştahsızlıq, spazmlar və ağrılardır. Qastren çayı bunların da qarşısını alır. Tərkibində olan bitkilərdən nanə yarpaqları, çobanyastığı çiçəkləri bağırsaqların saya əzələlərinə spazmolitik təsir göstərir, ağrıları sancını aradan qaldırır, həmçinin həzm vəzilərinin fəaliyyətini yaxşılaşdıraraq həzmi və iştahanı da yaxşılaşdırır.
Siz Qastren çayından təkcə ishallar zamanı yox həm də disbakterioz zamanı probiotiklərlə yanaşı olaraq da qəbul dilməsi məsləhətdir. Bildiyiniz kimi səbəbindən asılı olaraq müxtəlif etiologiyalı (uzun müddət antibiotik qəbulu, zəhərlənmələr, stress və s.) disbakteriozlar mövcuddur. Bu zaman hər hansı səbəbdən saprofit bakteriyaların yaşadığı mühit pozulur, kütləvi şəkildə məhv olurlar. Çünki onların yaşadığı və fəaliyyət göstərə bildiyi zəif qələvi və neytral mühit bağırsaqda gedən iltihabi proses nəticəsində pozulur və əmələ gələn turş reaksiyalı mühit saprofitlərə öldürücü təsir göstərir.
Bu zaman həkimlər tərəfindən təyin olunun probiotiklərin bağırsaqlarda yaşaması üçün mühit olmadığına görə klinik effekt daha gec alınır, onun üçündə müalicə daha uzun müddət çəkir, bəzən ümumiyyətlə müalicəyə tabe olmur. Səbəb isə yuxarıda danışdığımız vəziyyətlə əlaqədardır.
Bu zaman da QASTREN çayı köməyimizə çatır. Tərkibində olan bitkilərin əksəriyyəti (aptek çobanyastığı çiçəyi, dərman adaçayı yarpağı və s.) bağırsaqlarda olan iltihabı aradan qaldırır, əmələ gələn turş reaksiyalı mühiti neytrallaşdırır, saprofit bakteriyaların yaşaması və artıb çoxalması üçün mühiti bərpa edir ən əsası sizin təyin etdiyiniz probiotiklərin terapevtik effekti artır. Qastren için,ishala son deyin!
Əlaqəli yazı mövcud deyil.