Profemi̇n Çay

Qadınlar üçün çay

Tərkibi:
Gicitkən yarpağı, çobançantası otu, gülümbahar çiçəyi, aptek çobanyastığı çiçəyi, boymadərən otu, subibəri otu.

İstifadəsi:
İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən əvvəl qəbul edilir.

Qəbul müddəti 3-5 həftədir.
Xarici cinsiyyət üzvlərinin xəstəliklərində dəmləmədən şırınqa şəklində istifadə olunur.

Buraxılış forması:
25 filtr-bağlama, karton qutuda.

Saxlanma şəraiti:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.
Saxlanma müddəti 2 ildir.

100 ml hazır dəmləmə üçün qida dəyəri:
Zülal 0 q, yağ 0 q, karbohidrat < 0,5 q.
Enerji dəyəri: < 3 kC/1 kkal.

İstehsalçı: “Herba Flora”MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com

TŞ AZ 1400297541.002-2019

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Profemin – Qadın sağlamlığının təbii formulası

Profemin çayı qadın sağlamlığını təbii yollarla dəstəkləmək və aybaşı dövrünü daha rahat keçirməsinə yardım etmək üçün xüsusi bitkilərdən hazırlanmışdır. Profemin çayı iltihab əleyhinə, qanaxmanı tənzimləyən, ağrıkəsici və regenerasiyaedici təsirləri ilə qadınların hormonal və ümumi sağlamlığını qorumağa kömək edir.

Əsas təsiredici maddələr:

  • Gicitkən (Urtica dioica) yarpağı: K vitamini, askorbin turşusu, B qrupu vitaminləri, karotinoidlər, flavonoidlər, dəmir duzları, xlorofil, aşı maddələri və üzvi turşular.
  • Çobançantası (Capsella bursa-pastoris) otu: vitamin K1 (filloxinon) , aşı maddələri, saponinlər, xolin, asetilxolin, fumarat turşusu, askorbin turşusu.
  • Gülümbahar (Calendula officinalis) çiçəyi: karotinoidlər (likopin, karotin), flavonoidlər, saponinlər, acı maddələr (kalenden, kalendulin, kalendulozid).
  • Aptek çobanyastığı (Matricaria chamomilla) çiçəyi: efir yağları (xamazulen, matriksin), flavonoidlər (apigenin, lüteolin), mürəkkəb efirlər, aşı maddələri və üzvi turşular.
  • Boymadərən (Achillea millefolium) otu: efir yağları (xamazulen, proazulen, sineol), acı maddə (axillein) və flavonoidlər.
  • Subibəri (Polygonum hydropiper) otu: flavonoid qlikozidləri (rutin, kversetin, izoramnetin), K vitamini, askorbin turşusu, aşı maddələri və efir yağları.

Profemin çayının faydaları:

  • Aybaşı dövrünün nizamlanması: gicitkən yarpağı, çobançantası, boymadərən və subibəri otunun tərkibində çox miqdarda tapılan K vitamini aybaşı zamanı normadan çox olan qanaxmaları tənzimləyir.
  • İltihab və mikroblara qarşı güclü müdafiə: gülümbahar və aptek çobanyastığı çiçəklərinin antibakterial təsiri qadın cinsiyyət orqanlarında yaranan iltihabi prosesləri, göbələk və müxtəlif mikrobların törətdiyi narahatlıqları aradan qaldırmağa kömək edir.
  • Uşaqlıq əzələsinin tonusunun artırılması: uşaqlıq əzələsinin normal yığılma qabiliyyətini dəstəkləyir, sancıları azaldır, bununla da aybaşı zamanı yaranan ağrı və gərginliyi yüngülləşdirir.
  • Zədələnmiş toxumaların bərpası: doğuş və abortdan sonra uşaqlığı selikli qişasının tez bir zamanda sağalmasını və öz təbii vəziyyətinə qayıtmasını təmin edir.

Profemin çay kimlər üçün uyğundur?

  • Normadan çox aybaşı qanaxması olanlar üçün: aybaşı dövründə normadan artıq qan itkisinin qarşısını almaq və qanaxmanı tənzimləmək məqsədilə.
  • Cinsiyyət orqanlarında iltihab və infeksiya olanlar üçün: uşaqlıq yolunda yaranan iltihabı, göbələk və mikrobların törətdiyi narahatlıqları aradan qaldırmaq üçün.
  • Aybaşı zamanı güclü ağrı və sancı yaşayanlar üçün: uşaqlıq əzələlərində olan gərginliyi azaltmaq, spazmları aradan qaldırmaq və rahatlığı təmin etmək məqsədilə.
  • Doğuş və abortdan sonrakı bərpa dövründə olanlar üçün: daxili qişanın sağalmasını, zədələnmiş toxumaların bərpasını və orqanizmin öz təbii vəziyyətinə qayıtmasını sürətləndirmək üçün.

Əlaqəli bloq yazıları:

Qadınlarda cinsi infeksiya

Oxşar Məhsullar