Profemi̇n Çay

Tərkibi: Gicitkən yarpağı, çobançantası otu, gülümbahar çiçəyi, aptek çobanyastığı çiçəyi, boymadərən otu, subibəri otu.

İstifadəsi: 2 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml yeməkdən əvvəl qəbul edilir.
Qəbul müddəti 3-5 həftədir.
Xarici cinsiyyət üzvlərinin xəstəliklərində dəmləmə şırınqa şəklində istifadə oluna bilər.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Son zamanlar qadınlar arasında qanaxma ilə müşayiət olunan aybaşı pozulamlarına tez-tez rast gəlinir. Bu ginekoloji problemi yaşayan bəzi qadınlar mioma, fibromioma kimi orqanik səbəblər və abortlardan sonra bu cür halla rastlaşırlar. Bəzən aybaşı qanının miqdarı çox olur, aybaşı günləri uzanır.

Uzunmüddətli qanitirmə nəticəsində qadınlarda qanazlığı müşahidə olunur. Səbəbindən asılı olmayaraq, uşaqlıq qanaxmalarında Profemin çayı qankəsici təsir göstərir. Tərkibində olan gicitkən yarpağı K vitamini ilə zəngindir. K vitamini qaraciyərdə protrombin sintezini artıraraq qanın laxtalanmasını sürətləndirir. Gicitkən yarpaqlarının tərkibində olan xlorofil dənələri oksitosin hormonunun sintezini artırır. Nəticədə uşaqlıq əzələlərinin yığılması artır və qankəsici təsir göstərir. Profemin çayı gicitkən yarpaqlarındakı B qrupu vitaminləri və dəmir duzları sayəsində eritropoezi sürətləndirərək qanitirmə nəticəsində yaranan qanazlığını aradan qaldırır.

Qanda fibrin sintezini artıraraq qankəsici təsir göstərən digər bitki isə çobançantası otudur. Qanaxma problemləri ilə yanaşı Profemin çayı iltihabi prosesləri aradan qaldırır. Profemin çayının tərkibində olan gicitkən yarpaqları təbii esterogenlərlə zəngin olduğundan pozulmuş aybaşı tsiklini də tənzimləyir.

İltihabəleyhinə təsiri

Yayda çimərlik paltarlarının əyində nəm qalması və su ilə yoluxan infeksiyalar uşaqlıq yolunda iltihabi və göbələk xəstəliklərinin yaranmasına səbəb olur. Bu da özünü çox zaman uşaqlıq yolundan axıntının gəlməsi, qaşınma kimi əlamətlərlə büruzə verir. Profemin çayı yerli istifadə zamanı büzücü, iltihabəleyhinə təsir göstərərək iltihabi prosesləri aradan qaldırır. Gülümbahar çiçəyinin tərkibindəki fitonsidlərlə əlaqədar olaraq güclü göbələkəleyhinə təsir göstərir. Xəstələrdə ilk istifadədən qaşınma, göynəmə hissini aradan qaldırır.

Həmçinin Profemin çayı uşaqlıq yolundakı faydalı bakteriyaların inkişafı, artıb-çoxalması üçün mühiti bərpa edir və disbiozu aradan qaldırır. Profemin çayının tərkibində olan əksər bitkilər mikrosirkulyasiya ilə yanaşı regenerativ prosesləri də aktivləşdirərək sağalmanı tezləşdirir.

Aybaşı ağrıları

  • Profemin çayını təkcə qadınlar deyil, həm də yeni aybaşı zamanı ağrı hiss edən qızlar da istifadə edə bilərlər.
  • Tərkibində olan bitkilərin əksəriyyəti spazmolitik təsir göstərir.
  • Aybaşı zamanı baş verən ağrıları aradan qaldırır.
  • Həmçinin gənc qızlarda və xanımlarda bəzən aybaşı qeyri-müntəzəm olur.
  • Profemin çayının tərkibindəki gicitkən yarpağı təbii esterogenlərlə zəngin olduğu üçün aybaşı tsiklini normaya salır.

Diabet xəstələri

Şəkərli diabet xəstələrində immun sistemin zəifləməsi qadınlarda çox vaxt uşaqlıq yolunun kandidozu, disvaginoz kimi əlamətlərlə özünü büruzə verir. Eyni zamanda uşaqlıq yolunun selikli qişasındakı vəzilərin atrofiyası quruluğa və infeksiyanın asanlıqla yoluxmasına şərait yaradır. Profemin çayı diabetli qadınlarda yerli şırınqa şəklində istifadə zamanı güclü göbələkəleyhinə təsir göstərərək kandidaları məhv edir və onun orqanizmə verdiyi təsirləri və iltihabi prosesləri aradan qaldırır. İltihabın turş reaksiyalı məhsullarını neytrallaşdıraraq uşaqlıq yolunda olan faydalı bakteriyaların (döderleyn çöpləri, lakto- və bifidobakteriayların) inkişafına təkan verir. Bununla da disvaginozu aradan qaldırır. Profemin çayının tərkibində olan əksər bitkilər mikrosirkulyasiya ilə yanaşı regenerativ prosesləri də aktivləşdirərək sağalmanı tezləşdirir.

Əziz qadınlar, Profemin çayı istifadə edin, rahat olun!

https://fizulihuseynov.com

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar