Pankreas Çay

HƏZM ÜÇÜN ÇAY

Tərkibi: Zəncirotu kökü, boymadərən otu, solmazçiçəyi çiçəyi, lobya qını, keşniş toxumu, kasnı otu, aptek çobanyastığı çiçəyi, zən­cə­fil kökü, razyana meyvəsi.

İstifadəsi: 2 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə daxilə qəbul olunur.

Qəbul müddəti 30 gündür.
10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Son dövrlərdə azhərəkətli həyat tərzi, qeyri-düzgün, ayaqüstü “fastfood”larla (dönər, hamburger) qidalanma, yağlı, hazır, qızardılmış qidalar həzm vəzilərinin fəaliyyətini pozur. Dispepsiya (həzmin pozulması), meteorizm (köp), qarında şişkinlik, ürəkbulanma, qusma, sancı kimi hallarla özünü büruzə verir. Belə problemləri kökündən həll etmək üçün Herba Flora şirkəti sizlər üçün Pankreas çayını istehsal edir.

Pankreas çay təsiri

Pankreas çayı xəstələrdə təkcə dispepsiya əlamətlərinə deyil, həm də birbaşa həzm vəzilərinə, mədəaltı vəz və öd kisəsinə təsir edir. Onların sekretor funksiyalarını aktivləşdirir. Beləliklə də tək nəticəni (həzm pozğunluğu, meteorizm, köp və s.) deyil, onu törədən səbəbləri də aradan qaldırır. Pankreas çayının tərkibindəki zəncirotu kökü, boymadərən otu, solmazçiçəyi kökü, kasnı otu var. Bu bitkilər birbaşa həzm vəzilərinə spazmolitik, xoleretik, təsir göstərir, eyni zamanda qaraciyərin, mədəaltı vəzin, mədənin sekretor funksiyasını tənzimləyir.  Həmçinin zülalların, karbohidratların, yağların həzmini normallaşdırır. Məhz Pankreasın tərkibindəki solmazçiçəyi, boymadərən kimi bitkilər qaraciyərdə ödəmələgəlmə prosesini stimulə edir. Nəticədə ödün konsentrasiyasını durulaşdırır. Öd kisəsi və öd yollarının peristaltikasını normallaşdırır. Onlara spazmolitik təsir edərək gərginliyi azaldır, ödün kisədən öd yollarına, oradan da onikibarmaq bağırsağa tökülməsini asanlaşdırır. Tərkibindəki lobya qını həm mədəaltı vəzin qan dövranını yaxşılaşdırır, həm də amin turşularla zəngin olduğu üçün həzmi və qanda şəkərin miqdarını tənzimləyir.

Herba Flora şirkətinin Pankreas çayının tərkibindəki keşniş toxumu, aptek çobanyastığı çiçəyi, zəncəfil kökü, razyana meyvəsi xəstələrdə həm pozulmuş iştahanı yaxşılaşdırır, həm də həzmedici, qazqovucu, köpbağırsaq spazmları əleyhinə effekt verir, ürəkbulanma, qusmaəleyhinə təsir göstərir, gəyirmənin qarşısını alır. Pankreas çayını Herba Flora şirkətinin Meteonat şərbəti ilə kombin şəkildə qəbul etməklə həm dispepsiya, meteorizm (köp) əlamətlərini, həm də qəbizliyi aradan qaldırmış olarsınız.

https://fizulihuseynov.com

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar