Oksali̇ti̇n Çay

Tərkibi: Adi boyaqotu kökü, çöl paxlagülü kökü, ziyilli tozağacı yarpağı, ortosifon otu, çöl qatırquyruğu otu, aptek çobanyastığı çiçəyi, bostan şüyüdü meyvəsi.

İstifadəsi: İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

Qəbul müddəti 2-4 həftədir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Sidik kisəsinə təsiri

Oksalat daşları daha çox düzgün həyat tərzi keçirən insanlarda əmələ gəlir. Alkoqollu içkilərdən istifadə etməyən, lakin bunun əvəzinə sitrus meyvələr, yerkökü, pomidor və çuğundurdan hazırlanan şirələr və polivitamin komplekslər qəbul edənlər artıq dozada C vitamini alır. Bu da böyrəklərdə oksalat daşlarının çökməsinə səbəb olur. Orqanizmdə kalsium çatışmazlığı da bəzən sidikdə oksalatların artmasına səbəb olur. Kalsium normada bağırsaq hüceyrələrindən ifraz olunan oksalatlarla birləşərək orqanizmdən xaric olmasını asanlaşdırır. Bəzən xəstələrdə bağırsaq fermenti çatışmazlığı və ya öddə yaranan hər hansı dəyişiklik yağların normal parçalanmasını və sorulma prosesini pozur. Sorulmayan yağlar bağırsaqlardakı kalsiumla birləşərək sabunlaşır və xaric olur, yəni kalsium çatışmazlığı yaranır. Normada bağırsaq hüceyrələri orada olan hər maddənin (xüsusilə toksiki maddələrin) qana keçməsinə “icazə verməyən” keçiriciliyə malikdir. Bağırsaq keçiriciliyini hüceyrələrdə təmin edən məhz kalsiumdur. Kalsium çatışmayanda bağırsaq keçiriciliyi artır, bir çox toksiki maddələr, xüsusilə oksalatlar qana keçir.

Həm uşaq, həm də böyüklərdə qeyri-düzgün qidalanma, xüsusilə sidiyin pH-nı turşulaşdıran turşulu, qazlı içkilər (kola, fanta), şokolad istifadə edilməsi qanda oksalat turşusunun miqdarını artırır. Nəticədə böyrəklərdə toplanır, orada minerallarla birləşir. Sidiyin mühiti ilə yanaşı müdafiə kolloidlərinin zəifləməsi həmin duzların gələcəkdə kristal və daş halına keçməsinə səbəb olur. Bundan başqa antibiotiklərdən uzun müddət istifadə edilməsi nəticəsində bağırsaqlarda digər faydalı mikroorqanizmlərlə yanaşı oksalatlarla qidalanan Oxalobacteri formigenes bakteriyalarının sayının azalması baş verir. Bu da qanda oksalatların miqdarının artmasına, böyrəklərdə kalsium və maqneziumla birləşərək çöküntü, kristal əmələ gəlməsinə səbəb olur. Bunun da qarşısı alınmazsa, gələcəkdə daş əmələ gəlməsinə səbəb olur.

Oksalitin çay təsiri

Bildiyiniz kimi kristal və daşların əmələgəlmə səbəblərindən biri sidiyin mühitinin dəyişməsidir. Oksalitin çayının tərkibindəki çöl paxlagülü kökü sidiyin pH-nı tənzimləyərək böyrəklərdə kalsium, maqnezium oksalat duzlarının və kristallarının həll olunmasını sürətləndirir. Oksalitin çayının tərkibində olan adi boyaqotu kökü də kristalların həll olmasını sürətləndirir, sidik yollarına spazmolitik təsir göstərir, peristaltik yığılmaların sayını artıraraq orqanizmdən sidik vasitəsilə xaric olmasını sürətləndirir. Kristalların, daşların yaranma səbəblərindən biri də sidiyin müdafiə kolloidlərinin zəifləməsidir. Oksalitin çayının tərkibində olan çöl qatırquyruğu sidikqovucu təsiri ilə yanaşı sidikdə müdafiə kolloidlərini bərpa edərək daş və kristalların böyüməsi və yenidən əmələ gəlməsinin qarşısını alır.

Sidikdaşı əleyhinə təsiri

Böyrəklərdə kristal və daşların əmələ gəlməsinin digər səbəblərindən olan iltihabi proseslər də olduqca tez-tez müşahidə edilir. Həmin hallarda da Oksalitin çayı Urotea çayı ilə birlikdə sizin köməyinizə çatacaq. Hər iki çayın tərkibindəki bitkilər xüsusilə Oksalitin çayının tərkibində olan aptek çobanyastığı, ziyilli tozağacı yarpağı, çöl qatırquyruğu kimi bitkilər güclü iltihabəleyhinə təsir göstərir, iltihabi məhsulların orqanizmdən sidik vasitəsilə xaric olmasını sürətləndirir.

https://fizulihuseynov.com

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar