Məhsullarımız Bitki Çayları Müalicəvi Bitki Çayları Fosfali̇ti̇n Çay
Tərkibi: Qarğıdalı saçağı, toxumsuz lobya qını, istiotlu nanə yarpağı, çöl qatırquyruğu otu, kəklikotu otu, ardıc meyvəsi.
İstifadəsi: İki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19:00 kimi daxilə qəbul edilir.
Qəbul müddəti 10 gündür.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Fosfat daşları fosfat turşusunun duzlarından ibarətdir. Yumşaq, ovulan konsistensiyaya malik olub ağ və ya bozumtul rəngdə olurlar. Qida rasionunda süd, turş olmayan süd məhsulları, göyərti, tərəvəz çoxluq təşkil edən insanlarda daha çox əmələ gəlir.
Herba Flora şirkətinin Fosfalitin çayı toxumsuz lobya qını, qarğıdalı saçağı, istiotlu nanə yarpağı, kəklikotu, ardıc meyvəsi, çöl qatırquyruğu kimi bitkilərlə zəngindir. Bu çay böyrəklər, sidik axarları, sidik kisəsində fosfat kristalları və daşları olduqda istifadə edilir. Fosfalitin çayı tərkibindəki toxumsuz lobya qını, ardıc meyvəsi efir yağları ilə zəngin olduğu üçün antiseptik və spazmolitik effekt verir. Yumaqcıqdaxili qan dövranını yaxşılaşdırır. Yumaqcıqlarda filtrasiyanı gücləndirir. Natrium və xlor ionlarının reabsorbsiyasının qarşısını alır və sidikqovucu təsir edir. Sidiyin pH-nı turş istiqamətə dəyişərək neytrallaşdırır, fosfat duzlarını həll edərək əridir. Həm də toxumsuz lobya qınının tərkibi xolin, betain, arginin, triptofan, tirozin kimi amin turşuları ilə zəngin olduğu üçün maddələr mübadiləsini tənzimləyir. Su-duz mübadiləsində iştirak edir. Triptofan innervasiyanı yaxşılaşdırmaqla böyrək və sidik axarlarında mikrosirkulyasiyanı normallaşdırır.
Fosfalitin çayının tərkibindəki qarğıdalı saçağı, istiotlu nanə yarpağı kimi bitkilər sidikqovucu effekt verir. Fosfat və karbonat daşlarının əmələ gəlməsinin qarşısını alır. Eyni zamanda, əmələ gəlmiş duzları və daşları həll edərək əridir. Böyrəklərə və sidik axarlarına antiseptik, iltihabəleyhinə və spazmolitik təsir edir. Zəif sidikqovucu effekt verir. Ağrıkəsici təsir göstərir. Böyrək və sidik axarlarının mərkəzi sinir sistemi tərəfindən innervasiyasını yaxşılaşdırır. Fosfalitin çayı tərkibindəki kəklikotu, çöl qatırquyruğu hesabına da sidikqovucu effekt verir, tərkibindəki flavonoidlərin hesabına antimikrob və iltihabəleyhinə təsir göstərir. Qatırquyruğunun tərkibində olan silisium turşusu maddələr mübadiləsini tənzim edir, sidikdə müdafiə kolloidləri əmələ gətirir, mineral komponentlərin bir-birinə yapışmasının və kristal şəklində çökməsinin qarşısını alır. Kristal və daşları əridir, yenidən əmələ gəlməsini və böyüməsini praktik olaraq dayandırır.
Ümumiyyətlə, Herba Flora şirkətinin Fosfalitin çayı litolitik, spazmolitik, diuretik, uroseptik, iltihabəleyhinə təsir göstərir. Maddələr mübadiləsini tənzimləyir, sidiyin pH-nı turş istiqamətdə dəyişir, fosfat daşlarını demineralizasiya edərək onları əridir. Sidikdə müdafiə kolloidlərini bərpa edir və mineral komponentlərin duzlar şəklində çökməsinin qarşısını alır. Böyrək ləyəni və sidik yolları əzələlərinin tonusunu azaldır, peristaltik yığılmalarını artıraraq kiçik ölçülü daşların və fosfat duzlarının xaric olmasını təmin edir. Herba Flora şirkətinin Fosfalitin çayı gündə 3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) ilıq şəkildə yeməkdən sonra, saat 19:00-a qədər daxilə qəbul edilir. Siz də Fosfalitin çayı için, fosfat duzlarından azad olun!
Əlaqəli yazı mövcud deyil.