Anti̇xol Çay

Tərkibi: Zeytun yarpağı, darçın qabığı, məkkəgülü çiçəyi, sarıkök, üzüm tumu, gilas saplağı, əməköməci otu.

İstifadəsi: 1-2 filtr-bağlamanın üzərinə 200 ml (1stəkan) qaynar su tökülür 10-15 dəq. dəmlənir, otaq temperaturunda soyudu­lur. Gündə 2-3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. sonra ilıq şəkildə daxilə qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Hal-hazırda yediyimiz qidaların tərkibində olan kimyəvi maddələr, əhalinin böyük bir qisminin oturaq həyat sürməsi, həmçinin də ekoloji mühitin əlverişsiz olması orqanizmimizin kifayət qədər yüklənməsinə, xüsusən də qanda xolesterolun miqdarının artmasına səbəb olur. Yəqin ki, elə bu səbəbdən də əhalinin böyük bir qismi yüksək qan təzyiqi, ürək və ya beyinin işemik xəstəliyindən əziyyət çəkir.

Təbii ki, müalicə prosesində hipolipidemik və xolesterin əleyhinə preparatlar istifadə olunur. Bunlar da xolesterinin əmələ gəlməsini ləngidir. Lakin qaraciyərdə metabolizmə uğradığı üçün hepatositlərə toksiki təsir göstərir və qanda qaraciyər fermenlərinin səviyyəsinin yüksəlməsinə səbəb olur.

Herba Flora şirkəti tam təbii, bitki tərkibli xolesterin əleyhinə Antixol çayını həm profilaktik, həm də kompleks müalicə ilə yanaşı sizlər üçün təqdim edir. Antixol çayı nəinki qaraciyərə zərər vermir, eyni zamanda qanda xolesterin və lipid səviyyəsini stabil saxlamağa kömək edir.

Antixol çay təsiri

  • Antixol Herba Floranın istehsal etdiyi antixolesterin, antilipidantioksidant təsirli çaydır.
  • Tərkibi orqanizmdə məhz lipid və xolesterin mübadiləsini sürətləndirən bitkilərlə zəngindir. Məsələn, zeytun yarpağı, sarıkök, darçın qabığı xolesterinin əmələ gəlməsini ləngidir, qanda HDL miqdarını artırır, LDL səviyyəsini azaldır, bununla da xolesterinin damar divarına çökməsinin qarşısını alır, zeytun yarpaqları həm də trombositlərin aqreqasiyasını ləngitməklə antikoaqulyant effekt verir.
  • Sarıkök güclü ödqovucu təsir edərək xolesterinin öd vasitəsilə qovulmasını sürətləndirir.
  • Ümumi xolesterol səviyyəsini 81%, triqliseridləri 85% aşağı salır.
  • Əməköməci otu qanda ümumi xolesterin səviyyəsini 19%, triqliserid miqdarını 34% azaldır.
  • Həmçinin bağırsaqlara bürüyücü təsir göstərir və öd vasitəsilə bağırsaqlara ifraz olunmuş xolesterinin təkrar qana sorulmasını ləngidir.
  • Bu bitkilər həm də qastro- və hepatoprotektor olduğundan statinlərin törətdiyi əlavə təsirlərin qarşısını alır.

Subash Babu tərəfindən aparılmış araşdırmalara görə bitkilərin hipoxolesterolemik təsiri qanda LDL və triqliseridləri azaltmaq, HDL səviyyəsini isə artırmaq hesabınadır. Nəzərə alsaq ki, adətən statinlər 2-3 aydan uzun müddətə təyin olunmur, bu preparatlarla yanaşı Antixolun təyini həm onların əlavə təsirlərini azaldacaq, həm də alınmiş hipolipidemik effekti uzun aylar saxlamış olacaq. Antixol çayının ən əsas müsbət xüsusiyyətlərindən biri də məhz odur ki, onu fasilə vermədən bir neçə ay təyin etmək olar. Antixol çayı qəbul edin, xolesterinə yox deyin!

https://fizulihuseynov.com

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar