Konyuktivit

Konyuktivit

İnsan orqanizmində göz ən vacib orqanlardan biridir. Gözlər üzə həm yaraşıq verir, həm də görmə kimi çox əhəmiyyətli bir rol oynayır. Belə ki, həm orqanın quruluşu və sinir təchizatı olduqca mürəkkəbdir, həm də xəstəlikləri rəngarəngdir. Gözlərin 2,3,4,5,6-cı cüt baş beyin sinirləri ilə təchizatı çox mürəkkəb olduğu kimi xəstəlikləri də olduqca çoxdur. Göz xəstəlikləri orqanik, infeksion və allergik etiologiyalı olur.

Konyuktivit xəstəliyinin əlamətləri

Konyuktivit çox tez-tez rast gəldiyimiz xəstəliklərdəndir. Bu, gözün selikli qişasının iltihabi xəstəliyidir. Xəstəlik zamanı gözlərdə yad cisim hissiyyatı, qızartı, şişkinlik, qaşınma, qıcıqlanma, sulanma, irinli-selikli ifrazatın axması, göz qapaqlarının bir-birinə yapışması, gözlərdə ağrı kimi simptomlar meydana çıxır. Konyuktivit xəstəliyinin işığa qarşı həssaslıq və gözdən yaş axması kimi simptomları da hamımıza yaxşı məlumdur. Xəstəliyin törədiciləri müxtəlif cür mikroorqanizmlər: virus, bakteriya, göbələklərdir. İnfeksion-allergik konyuktivitlər tez-tez rast gəlinən xəstəliklərdəndir. Konyuktivit kəskin dövrdə müalicəyə asanlıqla tabe olur. Əgər xəstəliyin kəskin dövründə vaxtında və düzgün müalicə aparılmasa, müalicə gecikdirilərsə və yaxud da heç müalicə aparılmazsa, onda xəstəlik xroniki formaya çevrilir. Konyuktivit bəzən bir gözdə yaranır, sonra kontakt yolu ilə ikinci gözə də keçir.

Ailədə əgər bir nəfərdə konyuktivit xəstəliyi əmələ gələrsə yenə də kontakt yolu ilə digər ailə üzvlərinə asanlıqla yayılır. Buna görə də konyuktivit xəstəsi olan şəxs əllərini tez tez yumalı, xəstə gözə vurub digər gözə toxunmamalı, ailə üzvləri ilə dəsmal və digər məişət əşyalarını ayırmalıdır. Düzgün və vaxtında müalicə aparılmazsa xəstəlik xroniki konyuktivit ilə nəticələnir. Bu da gözün buynuz qişasının xorası görmənin pozulması və keratit kimi ağırlaşmalara gətirib çıxarır. Bəzən təkrar baş verən müxtəlif etiologiyalı konyuktivitlər göz yaşı kanalının tutulmasına səbəb olur.

Allergik konyuktivit- allergenlə kontakta cavab olaraq verilən immun reaksiya nəticəsində əmələ gələn konyuktivanın reaktiv iltihabıdır. Allergik konyuktivit zamanı gözün selikli qişasının hiperemiyası və ödemi, göz qapaqlarının qaşınması və ödemi, gözün yaşarması, işıqdan qorxma(fotofobiya) inkişaf edir. Diaqnozun dəqiqləşdirilməsi allerqoloji sınaqların dəqiq aparılmasına əsaslanır.

Həm bakterial həm də allergik konyuktivitlər göz yaşı kanalının tutulması kimi fəsada gətirib çıxara bilir. Bu kanal göz yuvası ilə burun boşluğunu birləşdirir ki, daima göz yuvasını və göz almalarını yuyan və gözləri nəm saxlayaraq sürtünmədən qoruyan göz yaşı bu kanal vasitəsi ilə burun boşluğuna tökülür. Göz yaşı kanalının iltihabı nəticəsində tutulması zamanı daimi olaraq az miqdarda ifraz olunan gözyaşı xaricə axır.

Soyuq havalarda isə bu daha da kəskin büruzə verir. Xəstəliyinin ilk əlamətləri meydana çıxarkən evkalipt gülümbahar, adaçayı aptek çobanyastığı və cökə çiçəkləri kimi bitkilərin yığımından ibarət Teasept çayından istifadə etməklə onun qarşısını almaq olar. Belə ki, çaydan həm daxilə həm də göz yuvasını yumaqla istifadə etmək olar. 

https://fizulihuseynov.com/