Hidrosele

Hidrosele

Xayaların hidropsu, şişməsi və qabarcıq kimi bilinən hidroseleyə yenidoğulmuş körpələrdə daha çox rast gəlinir. Kişilərdə spermaların qorunub saxlandığı testis torbası (xayalıq) membran quruluşlu ikiqatlı qoruyucu örtüklə örtülmüşdür. Qatlar arasında spermanın daha asan hərəkət etməsini və xarici təsirlərdən daha asan qorunmasını təmin edən bir maye var. Bu maye təbəqələrdən biri tərəfindən ifraz olunur və digəri tərəfindən sorulur. Normal şəraitdə bu proses tarazlıqdadır. Balans pozulursa, təbəqələr arasında maye miqdarında artım müşahidə olunur, torba şişir və dolğun bir vezikula çevrilir. Hidrosele (xayaların hidropsu) anadangəlmə və qazanılma hidroseleyə ayrılır.

Anadangəlmə (kongenital) yenidoğulmuşda anadangəlmə bir problemdir, lakin qan dövranı pozğunluqları, infeksiyalar və şişlər də hidroseleyə səbəb ola bilər.
Qazanılma hidroseleyə, demək olar, 40 yaşdan yuxarı kişilərdə rast gəlinir. Radioterapiya, varikosele əməliyyatları, xaya şişləri və iltihabi xəstəlikləri, skrotum travmaları səbəbindən meydana gəlir. Böyrəkköçürmə əməliyyatlarının 70%-də birtərəfli hidrosele meydana gəlməsi müşahidə olunur. Yaş artdıqca simptomları artan hidrosele xərçəngə çevrilmir. Zamanla yavaşca böyüyən xayalarda ağrısız şişkinlik əlamətləri müşahidə olunur.

Uşaqlarda hidrosele adətən bir yırtıq ilə müşayiət olunur. Yırtıqla görülən hidrosele halında dərhal cərrahi müdaxilə tövsiyə olunur. Tək bir hidrosele vəziyyətində zaman keçdikcə yaxşılaşma ehtimalını nəzərə alaraq müalicə üçün 2 yaşına qədər gözləmək olar. Hidroselenin fiziki müayinəsində şişmiş vezikullara işıq tutulur və işığın keçiriciliyi vezikulların maye ilə dolduğunu göstərir. İşığın ötürülməməsi kisələrdə şiş inkişafını göstərə bilər.


Müalicəsi

Uşaqlarda hidroselenin müalicəsi üçün 2 yaşına qədər gözlənir və yaxşılaşma olmadığı təqdirdə cərrahi müalicə tövsiyə olunur.
Böyüklərdə hidrosele müalicəsi üçün cərrahi əməliyyat təxminən 30-60 dəqiqə çəkir. Prosedurdan sonra kisəyə bir drenaj qoyulur və xəstə 24-48 saat ərzində müşahidə olunur. Drenaj çıxarıldıqdan sonra xəstə evə buraxılır və bir neçə gün istirahət etməsi tövsiyə olunur. 7 gün ərzində xəstənin tikişləri həll olur və duş qəbul edə bilir. Xayalığın qaldırılmasını dəstəkləyən xüsusi alt paltarlarının 7 gün davamlı geyilməsi tövsiyə olunur. Ağrıkəsici, antibiotiklər və iltihabəleyhinə dərmanlar əməliyyatdan sonrakı ilk həftədə tətbiq olunur. Xəstə əməliyyatdan iki həftə sonra cinsi əlaqə qura və dörd həftə sonra idman fəaliyyətlərinə qatıla bilər. Herba Flora şirkətinin Nat-udi hindi kapsullarının kompleks müalicə ilə birlikdə tətbiq edilməsi müalicənin dinamikasına müsbət təsir göstərəcəkdir. Ümumiyyətlə, Teamen çayıNat-Prostat kapsulları kişilərin sidik-cinsiyyət sisteminin mütəlif tip xəstəliklərində geniş istifadə olunur və çox böyük effekt verir.

https://fizulihuseynov.com/