Günəş şüasının təsirindən qorun

Günəş şüasının təsirindən qorun


İnsanlar və bütün canlılar üçün həyat mənbəyi olan günəş və onun orqanizimə ötürdüyü  təsir saymaqla bitməz.

1. Yay aylarında yüksək günəş şüalarının təsiri altında xəstəliktörədən mikroorqanizmlər məhv olur.
Əgər belə olmasaydı, xəstəliktörədən bakteriya və viruslar sürətlə artıb-çoxalar və bütün canlıları məhv edərdi.

2. Dəridə vitamin D əmələ gəlməsini təmin edir.
D vitamininin insan orqanizmində rolu çox böyükdür. Dayaq-hərəkət aparatının inkişafı, sümüklərin formalaşması və boyun uzanmasında vitamin D əvəzolunmaz bir vasitədir. Həm də D orqanizmdə kalsium tarazlığını tənzimləyir.

3. Xoşbəxtlik hormonu olan serotonin sintezini sürətləndirir.
Səhər günəş doğur və ətraf günəş şüaları ilə işıqlanır, həmin şüaların təsiri altında dopamin və serotonin sintezi artdığına görə insanın əhvali-ruhiyyəsi yüksəlir. Qış aylarında isə günəşli günlər və saatlar azaldığına görə depressiyaların sayı artır.

4. Yer kürəsini işıqlandırır.
Günəşin batması ilə qaranlıq çökür və insan beynində retikulyar formasiyadan melatonin hormonunun sintezi artır və nəticədə axşamlar insanın yuxusu gəlir.

Günəş şüasının təsiri

İnsan orqanizminə günəş şüalarının müsbət təsiri ilə yanaşı zərərli təsirləri də vardır. Belə ki, uzun müddət günəş şüasının təsirindən dərinin qaralması ilə yanaşı göbələk xəstəlikləri, günəşdən yanma, qabıqlanma, piqment ləkələri və dəri xərçənginə qədər gətirib çıxaran digər xəstəliklər yarana bilər. Günəşin zərərli təsirlərindən qorunmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Herba Flora şirkətinin Sunex günəşdən qoruyucu kremi də belə vasitələrdəndir. Sunex üz və bədən kremi günəş şüalarının dərinin alt qatlarına daxil olmasının qarşısını alır. Kollagen və elastinin parçalanmasını ləngidir, dəri elastikliyinin itirməsinin qarşısını alır. Dərini nəmləndirir, susuzlaşmasının, günəş şüalarının təsirindən qocalması və qırışmasının qarşısını alır.

Sunex kremi iki tərkibdə mövcuddur: Şi yağı və Zeytun yağı ilə. Hər iki növ kremin tərkibi D-Pantenol, Tocofheryl asetate (vit. E), Glycerin, Phenoxyethanol, Titanium dioxid və s. kimi maddələr ilə zəngindir. Sunex kremləri tərkibində olan Zeytun yağı, Şi yağı və E vitamini hesabına dəridə toplanan sərbəst radikalları parçalayır, dəri hüceyrələrinin zədələnməsinin qarşısını alır və dərinin tamlığını qoruyur. Həmçinin onkoloji xəstəliklərin yaranma riskini azaldır. Üz və bədənin açıq qalan hissələrini günəşin ultrabənövşəyi şüalarının mənfi təsirindən qoruyur, çil, piqmentasiyanın yaranması və tündləşməsinin qarşısını alır. İnvaziv dəri prosedurlarından (pilinq, mikrodermobraziya, lazer terapiyası, epilyasiya, mezoterapiya və s.) sonra dərinin təhlükəsiz şəkildə bərpasını təmin edir.

https://fizulihuseynov.com/