fbpx
Close

Gənclərdə revmatizm

Gənclərdə revmatizm

Revmatizm xəstəliyinin ilk dəfədən yaşlılarda başladığına dair yanlış fikirlər vardır. Revmatizm xəstəliyi adətən gənc yaşlarda başlayır. Yaşlı insanlarda isə gənc yaşlarda başlamış revmatizm xəstəliyinin davam edən qalıq əlamətləri olur. Belə ki, uşaq yaşlarında revmatizm xəstəliyinə tutulmuş insanlar yaşlı çağlarında da revmatizmin verdiyi zərərlərin əziyyətini çəkirlər. Revmatizmin törətdiyi zədələr gənc kişi və qadınlarda həm onurğanın, həm də oynaqların zədələnməsi özünü göstərir. Xüsusilə onurğa forması kişilərdə, oynaq forması isə daha çox gənc qadınlarda rast gəlinir. Bu, çox erkən yaşlarda onurğa hərəkətlərinin məhdudlaşmasına və insanın əlil olmasına gətirib çıxarır. Xüsusilə bel ağrısından şikayət edən gənc kişilər onurğa revmatizmi baxımından qiymətləndirilməlidir.

Uşaqlarda revmatizm xəstəliyinə çox tez-tez rast gəlinir, əgər erkən diaqnoz qoyulmazsa və müalicə olunmazsa, daimi əlilliyə və inkişaf geriliyinə səbəb ola bilər. Uşaqlarda bu xəstəliyinin necə əmələ gəlməsini və necə inkişaf etməsini öyrənmək çox əhəmiyyətlidir. Belə ki, xəstəliyin inkişafda olan uşaq orqanizminə necə mənfi təsir göstərdiyini bilməklə bu xəstəliyin vaxtında qarşısını almaq olur.

Revmatizm xəstəliyinin diaqnozu

Revmatizm xəstəliyinin səbəbləri arasında genetik faktorların da olması barədə geniş məlumatlar vardır. Bu səbəbdən də ailədə kimdə isə revmatizm xəstəliyinin olması digər ailə üzvlərinin eyni və ya fərqli revmatik xəstəliyinə meylli olduğunu göstərir. Ancaq bu fikir tam dəqiq deyil, çünki orqanizm bu xəstəliyi törədən mühit şəraitinə məruz qalmasa, xəstəlik baş verməyə bilər. Anamnez toplayarkən şəxsin ailəsində bu xəstəliyin aşkarlanması diaqnozun dəqiqləşdirilməsinə kömək edir. Ancaq sağlam insanın ailəsində revmatizm xəstəliyinin olması, onun da revmatizmlə xəstələnəcəyi demək deyil.

Revmatizmin müalicəsi

Revmatizm xəstəliyi olan gənc qadınlar planlı hamiləlikdən öncə müalicə həkimi ilə məsləhətləşib ciddi addım atmalıdırlar. Bu xəstəliyin dölə mənfi təsirlərinin qarşısını almaq vacibdir. Əgər həmin dövrdə xəstəliyin aktivliyi azalıbsa, nəzarət altındadırsa, uzun müddət xəstəliyin kəskinləşməsi müşahidə edilmirsə müayinələrdən sonra hamiləliyə icazə verilə bilər. Bu proses ciddi təqib tələb edir. Hamiləlik dövründə bəzi revmatik xəstəliklər kəskinləşib artsa da, bəziləri tamamilə remissiyada olur. Müalicədə istifadə edilən bəzi dərmanlar uzunmüddətli təsir göstərdiyi üçün dərman dayandırıldıqdan sonra bir müddət gözləmək lazımdır. Herba Flora şirkətinin məhsulu olan “Revmatizm əleyhinə yığıntı” revmatizmin bütün formalarının müalicəsində effektiv şəkildə istifadə olunur.

https://fizulihuseynov.com/

https://herba-flora.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *