Enurezin tipləri.

Enurezin tipləri.

Birincili enurez.

Gecə altını isladan uşaqların əksəriyyətində problem birincili olur. Bu uşaqlar körpəlikdən altını isladırlar. Birincili enurezdə psixososial faktorlar çox az rol oynayır, əksinə irsiyyət faktoru və ailə anamnezi ön plandadır.

İkincili enurez.

Uşaqda sidik qaçırmayla bağlı problem olmadığı bir vaxtda (ən az 1 il müddətində) keçirdiyi ciddi stress, kədərlənmə, yeni bacı və ya qardaşın dünyaya gəlməsi, ata-ananın boşanması, keçırilmiş infeksion xəstəlik, xüsusən də sidik yollarının iltihabi xəstəlikləri nəticəsində problem baş qaldırır.

Sidik kisəsinə nəzarət hər bir uşağın inkişafında və onun özünə inamın formalaşmasında mühüm yer tutur. Ona görə də yatağını isladan uşaqlarda davranış və emosional pozulmalar müşahidə olunur. Məsələn dostlarını evə çağırmaqdan utanır, başqa yerdə gecələməkdən ehtiyyat edir, məktəb gəzintilərindən imtina edir. Uşağın həyatının və maye istifadəsinin rejimə salınması əsas şərtlərdəndir.Yuxuya 2 saat qalmış maye qəbulunu tamam dayandırmaq, gün ərzində qeyri-təbii və qazlı içkilərdən uzaq durmaq, sidikqovucu xüsusiyyətlərinə görə qaragilə, mərcangilə, itburnu şirələrini məhdudlaşdırılmaq, gün ərzində qazsız su, quru meyvə kompotları, təbii meyvə şirələrinə üstünlük vermək məsləhət görülür. Axşam yeməyində kefir, süd və meyvələrdən istifadə etməmək və yuxuya 3 saat qalmış yeməyini bitirmək lazımdır. Çünki kefir və bəzi meyvələr sidikqovucu xüsusiyyətə malikdir. Uşaq yuxuya 1 saat qalmış və yatmağa gedərkən tualetə getməlidir. Çarpayının yanına mütləq güvəc və ya uşağın sidiyə çıxa biləcəyi qab qoymaq, gecə durarkən qaranlıq olmasın deyə kiçik stolüstü lampa yandırmaq lazımdır. Çünki bəzi uşaqlar qaranlıqdan qorxur və bunu valideyinə deməkdən çəkinirlər və bu qorxu yataqdan qalxmağa mane olur.

Gecə yarı uşağı yuxudan məcburi oyatmayın . Bu yuxunun yarımçıq kəsilməsinə və sinir sisteminin istirahətinə mane olur. Bundan başqa uşaq yuxudan oyadılacağına əmin olur və vacib anda özü yuxudan dura bilmir.Müalicə vaxtı uşaqda psixoloji komfortun yaradılması vacib şərtlərdəndir. Yatağını islatdığı üçün uşaqda günah və utanma hissinin formalaşmasının qarşısını almaq vacibdir. Buna görə danlamaq, cəzalandırmaq başqalarının yanında alçaltmaq yolverilməzdir! Bu xəstəliyə qarşı yönələn bütün tədbirləri heçə endirə bilər. Xüsusi idman gimnastikası və ümumi möhkəmləndirici terapiyalar yaxşı nəticə verir. Xəstəliyin yaranma səbəblərindən asılı olaraq hər bir xəstəyə individual yanaşılmalı, aparılan tədbirlər səbəbə qarşı yönəlməlidir.

Reseptlər:

Bir xörək qaşığı bostan şüyüdünün meyvəsi 1 stəkan qaynar suda 2-3 saat dəmlənir, süzülür. Gündə bir dəfə 1 stəkan qəbul edilir.Hərəsindən 1 xörək qaşığı dazıotu otu və qızılçətir otu qarışdırılır. Qarışıqdan 1 dolu çay qaşığı götürülür, 1 stəkan qaynar suda 1saat dəmlənir, süzülür. Alınan dəmləmə gün ərzində 2 dəfə daxilə qəbul edilir.1 hissə dazıotu otu, 1 hissə mərcangilə yarpağı, 1 hissə qaragilə yarpağı qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülür, termosda 1 stəkan qaynar suda axşamdan səhərə qədər dəmlənir. Alınan dəmləmə 3 dəfəyə qəbul edilir. Müalicə müddəti 1,5-2 aydır. Bağayarpağı bitkisinin toxumlarını qaşığın ucunda gündə 3-4 dəfə yeyilməsi yaxşı nəticə verir.

http://fizulihuseynov.com/

https://herba-flora.com