Endometrioz nədir?

Endometrioz nədir?

Reproduktiv yaşda olan qadınların 10%-də, hamilə qala bilməyən qadınların 25-30%-də rast gəlinən endometrioz müalicə edilmədikdə daha mənfi hallarla nəticələnir. Şiddətli aybaşı ağrısı ilə özünü göstərən endometrioz xəstəliyi sonsuzluğun ən əsas səbəblərindən biridir. Endometrioz uşaqlığın daxili divarını əhatə edən təbəqədən inkişaf edir. Müalicəsi çox çətin və bəzən ömür boyu davam edən bu xəstəliyin dəqiq etiologiyası aşkarlanmamışdır.

Endometriozun əsas simptomları: qarının alt hissəsində davamlı şiddətli ağrı, cinsi əlaqə zamanı şiddətli ağrı, menstruasiya zamanı güclü ağrı, qarın boşluğunda şişkinlik, bel ağrısı, tualetə gedərkən çətinlik və ağrı, bəzən ishal, tez-tez sidiyəgetmə və sidikdə qan, polimenoreya və hipermenoreyadır. Endometriozisə səbəb olan risk faktorları ilə yanaşı, bu xəstəlikdən qorunmanı təmin edən amillər də var. Hamiləlik, çoxsaylı doğuş və ana südü ilə qidalandırma endometrioz xəstəliyinin qarşısını alan amillərdəndir.

Endometrioz müalicə edilə bilən bir problemdir. Müalicə qadındakı xəstəlik göstəricilərinə görə fərdi olaraq planlaşdırılır. Güclü ağrıları olan endometriozlu qadınlar medikamentoz müalicədən faydalana bilsələr də, əksər hallarda cərrahi üsul ön plana çıxır. Endometrioz 25-35 yaş arasında diaqnoz qoyulur. 3 növü vardır.

1. Yumurtalıqda yerləşən endometrioz (şokolad kistası).

2. Qarın astarında yerləşən endometrioz (səthi endometrioz).

3. Dərin endometrioz.

Şokolad kistası qadınların yumurtalıqlarında, borularında və uşaqlıq yollarında hər menstrual qanaxma zamanı öz-özünə qan verən bir kistadır. Kistanın bu adı almasının səbəbi, orada yığılmış qan miqdarının bir müddət sonra şokolad kimi bir maye halına gəlməsidir. Bu kistaların əsl adı endometriomadır. Şokolad kistası olan qadınların ən böyük şikayəti ağrılı aybaşı qanaxmasıdır. Ağrılı qanaxma cinsi əlaqə, bağırsaq hərəkətləri, sidiyəgetmə zamanı və ya bu aktın sonunda ağrı ilə müşayiət oluna bilər. Belə qadınlar övlad sahibi olmaya bilərlər. Bəzi xəstələrdə menstruasiya pozğunluğu olur. Kistanın yeri və ölçüsünün ultrasəs müayinəsi ilə müəyyən edilməsi mümkündür.

Şokolad kista görüldükdən sonra KT və kolonoskopik müayinəyə də ehtiyac duyula bilər. Bu kistanın müalicəsi insana görə dəyişir. Qızıl standart müalicə laparoskopik əməliyyatdır. Kista çıxarılmalıdır. Ancaq uşaq sahibi olmayan gənc qadınlarda şokolad kista doğuşa nəzarət həbləri ilə basdırıla bilər. Bu şəkildə vaxta qənaət etmək olar. Böyük kistalar varsa, yumurtalıq tamamilə çıxarılmalıdır. Eyni zamanda uşaq planlaşdırılmırsa, xəstənin yaşı çoxdursa, uşaqlıq və yumurtalıqları çıxarıla bilər.

Səthi endometrioz uterusun daxili divarını örtən toxumanın uşaqlığın xaricində yerləşməsi deməkdir. Peritonda, yumurtalıqların xarici səthində və fallop kanallarında endometrioz varsa, bu vəziyyət səthi endometrioz adlanır.
Dərin endometrioz isə reproduktiv yaşda qadınlarda rast gəlinən xüsusi bir endometrioz növüdür. Dərin infiltrativ endometrioz bəzən özünü şiddətli ağrı ilə göstərir. Bəzən heç bir simptom olmadan səssizcə inkişaf edə bilər. Heç bir simptomu olmayan xəstələr, ümumiyyətlə hamilə qalmamaq şikayəti ilə həkimə müraciət edirlər. Bağırsağa, sidik kisəsinə, sidik yollarına, uşaqlıq bağlarına və qarın membranına yayılması kimi təyin olunan dərin infiltrativ endometrioz, yalnız ginekologiya sahəsini deyil, həm də ümumi cərrahiyyə, urologiya və qastroenterologiyanı əhatə edən və çoxsahəli bir yanaşma tələb edən xəstəlikdir.

Endometrioz müalicəsi


Endometrioz ginekoloq ilə planlaşdırılmalıdır. Endometrioz bitki müalicəsi ilə həll edilə bilməz fikrinə gəlincə, hormonal terapiyadan istifadə etməklə xəstəliyi yüngülləşdirmək, dölün uşaqlıq divarına möhkəmlənməsini təmin etmək və müxtəlif ağrıkəsicilərdən simptomatik olaraq istifadə etmək mümkün olduğu halda fitosterinlərlə, spazmolitiklərlə, antiseptik, iltihabəleyhinə və fitoestrogenlərlə zəngin bitkilərdən də istifadə etmək xəstənin vəziyyətinin yüngülləşməsinə xidmət edəcəkdir. 

https://herba-flora.comhaqqimizda/

https://fizulihuseynov.com/