Products

Fitooil Nar Tumunun Yağı

Tərkibi: nar tumlarından soyuq sıxma yolu ilə alınmış rafinə olunmamış yağ

Yağ -turşu tərkibi: polidoymamış yağ turşuları, nadir rastlanan nar turşusu (punic acid), Omeqa-5, stearin və palmitin turşuları, çox miqdarda E vitamini, polifenollar.

Məhsulun xüsusiyyətləri:
Daxilə qəbul olunan nar tumunun yağı güclü antioksidant, iltihab əleyhinə, antibakterial və regenerasiya edici xüsusiyyətlərə malikdir. Polifenollar sayəsində orqanizmdə xərçəng hüceyrələrinin yaranma riskini azaldır, C vitamini immun sistemi gücləndirir. Qanda şəkər və xolesterol səviyyəsini tənzimləməyə, artıq çəkini atmağa yardımçı olur. Dəridə və selikli qişalarda, xüsusən də diş ətində yaranan eroziya və yaraların sağalmasını sürətləndirir. Fitoestrogenlər sayəsində predmenstrual sindrom və klimaks əlamətlərini yüngülləşdirir.
Xaricə istifadədə dəridə olan bakteriya və göbələkləri öldürür, günəşin UB şüalarının dərinin alt qatlarına keçməsinin qarşısını alır. Tərkibində olan antioksidantlar yaşlanma ilə əlaqədar əmələ gələn qırış və ləkələri azaldır, dərinin üst qatlarında olan yaşlı hüceyrələrin özünü yeniləməsini təmin edir. Ekzema və civzəli dərilərdə iltihab əlamətlərini aradan qaldırır. Nar turşusu (Punicic acid) dəridə azalan kollagen miqdarını yüksəldərək dərinin elastikliyini artırır, dəriyə təbii parlaqlıq verir və dərinin su balansını tənzimləyir.

İstifadəsi:
Daxilə: gündə 2 dəfə 3-4 damcı yeməkdən əvvəl qəbul olunur.
Xaricə: gündə 2 dəfə dəriyə çəkilir və masaj hərəkətləri ilə dəriyə hopdurulur. Kremlərin, losyonların və maskaların zənginləşdirilməsi üçün istifadə oluna bilər.

Əks göstəriş: Nar tumunun yağına qarşı fərdi həssaslıq

Saxlanma şəraiti: Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Saxlanma müddəti: 18 ay.

How can I get Herba Flora products?

You can buy Herba Flora products from all pharmacies and FitoClub store chain across the country.

You can find out the prices of Herba Flora products by approaching all pharmacies across the country.

Questions about Herba Flora products can be directed to us through our official Social Media accounts (Instagram, Facebook, YouTube, TikTok, X). Questions are answered alternately on weekdays and during business hours (08:00 – 16:30).

You can contact the FitoClub chain of stores and online pharmacies regarding the delivery service.

Please contact Herba Medical Center to make an appointment with Fizuli Huseynov.

Contact numbers:
(012) 409 62 35
(055) 304 26 79

Address: Sabunchu district, Bashir Bunyadov 2578 block.

Herba Medical Center is located near Koroglu m/st. A transport service from the metro to the medical center and back has been organized for the patients’ comfortable arrival and departure.

Category

More Information

Related Products