Products

Fitooil Masaj Yağı Ozonlaşdırılmış

Tərkibi:
Ozonlaşdırılmış küncüt yağı.

Məhsulun xüsusiyyətləri:
Ozonlaşdırılmış masaj yağı dərini qida­lan­­dırır, nəmləndirir, regenerasiyanı sü­rət­­lən­dirir, dərinin elastikliyini bərpa edir, onu cavanlaşdırır və qırışları azal­dır. Sellülitin aradan qaldırılması, dərinin toksiki mad­də­lərdən təmizlən­məsi, iltihabi əlamət­lərin azaldırması üçün is­ti­fadə olunur. Raxit xəstəliyi olan uşaq­ların massajı zamanı effektiv təsir gös­tərir.

Uşaq və böyüklərin masajı üçün istifadə olunur.

İstifadə qaydası:
Təmiz əllə dəriyə çəkilir.

Əks göstəriş : Fərdi həssaslıq.

Saxlanma müddəti: 2 il.

How can I get Herba Flora products?

You can buy Herba Flora products from all pharmacies and FitoClub store chain across the country.

You can find out the prices of Herba Flora products by approaching all pharmacies across the country.

Questions about Herba Flora products can be directed to us through our official Social Media accounts (Instagram, Facebook, YouTube, TikTok, X). Questions are answered alternately on weekdays and during business hours (08:00 – 16:30).

You can contact the FitoClub chain of stores and online pharmacies regarding the delivery service.

Please contact Herba Medical Center to make an appointment with Fizuli Huseynov.

Contact numbers:
(012) 409 62 35
(055) 304 26 79

Address: Sabunchu district, Bashir Bunyadov 2578 block.

Herba Medical Center is located near Koroglu m/st. A transport service from the metro to the medical center and back has been organized for the patients’ comfortable arrival and departure.

Category

More Information

Herba Flora şirkətinin Fitooil ozonlaşdırılmış masaj yağı ilə tanış olaq. Yağın tərkibi ozonlaşdırılmış küncüt yağından ibarətdir və xaricə istifadəsi ozonun dəriyə yüksək konsentrasiyada nüfuz etməsinə şərait yaradır. Sonuncu isə mikroorqanizmlərin membranına birbaşa oksidləşdirici təsir göstərir. Ozon demək olar ki, bütün bakteriya, göbələk, virus və ibtidailərə qarşı aktivdir. Dəri və dırnağın göbələk xəstəliklərində ozonlaşdırılmış masaj yağının dezinfeksiyaedici xüsusiyyətlərindən istifadə olunur.

Masaj yağı oksigenin yumşaq toxumalara aktiv çatdırılmasını təmin edir. Yara və xora sahələrində sağalma proseslərini sürətləndirir. Herba Flora şirkətinin  ozonlaşdırılmış masaj yağı yağda həll olan yüksək konsentrasiyada D, A və E vitaminləri sayəsində dəri hüceyrələrini qidalandıraraq onlarda maddələr mübadiləsini yaxşılaşdırır. Masaj yağının tərkibi eyni zamanda həm vitamin D, həm də kalsiumla zəngin olduğu üçün saçların və dırnaqların möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Çünki kalsium vitamin D olmadan orqanizm tərəfindən mənimsənilmir. Məhz bu səbəbdəndir ki, Herba Flora şirkətinin  masaj yağı kosmetologiyada dəri və saçların vəziyyətinin yaxşılaşdırılması üçün istifadə olunur. Saçların uzanmasını təmin edir, dırnaqların qırılması və laylanmasının qarşısını alır.

FİTOOİL ozonlaşdırılmış masaj yağının təsiri

Fitooil ozonlaşdırılmış masaj yağı yüksək konsentrasiyadakı ozon hesabına dərinin daha dərin qatlarında oksidləşmə-reduksiya proseslərini sürətləndirir. Antioksidant madələrlə zəngin olduğu üçün dəri hüceyrələrini sərbəst radikalların zərərli təsirlərindən qoruyur, onların hüceyrə membranını stabilləşdirir. Nəticədə dəri hüceyrələrinin sərbəst radikallar tərəfindən dağılmasının qarşısını alır. Fitooil ozonlaşdılrılmış küncüt yağı dəriyə anti-aginq effekt verərək dəri hüceyrələrində erkən qocalma proseslərini ləngidir, onun elastikliyini bərpa edir, cavanlaşdırır və qırışları azaldır. Bunlardan əlavə, küncüt yağı möhtəşəm UB-filtri olub dərini şüalanmadan qoruyur.

Fitooil ozonlaşdırılmış masaj yağı dəri səthindən daxilə sorularaq limfa dövranını da sürətləndirir, nəticədə bədəndə sellülitlərin əmələ gəlməsinin qarşısını alır və dəri hüceyrələrinin regenerasiyanı sürətləndirir, onların yeniləri ilə əvəz olunmasını təmin edir. Ozonlaşdırılmış Fitooil masaj yağı bütün yuxarıda deyilənlərə əlavə olaraq dərini həm də toksinlərdən təmizləyir, iltihab əlamətlərini aradan qaldırır. Herba Flora şirkətinin Fitooil ozonlaşdırılmış masaj yağından sevə-sevə istifadə edin! Həm böyüklərə osteoporoz zamanı, həm də uşaqlara raxit zamanı istifadəsi çox faydalıdır. Herba Flora ilə qalın!

https://fizulihuseynov.com/

Related Products