Alınması: bibəriyyə yarpaqlarının günəbaxan yağında çıxarışı.
Tərkibi: efir yağları – pinen, kamfen, borneol, sineol, karmofilen, kamfora, bornilasetat, limonen, mirsen.
Məhsulun xüsusiyyətləri: Bakterisid, antiprotozoy, fungisid təsir göstərərək bakteriyaların, göbələklərin və ibtidai parazitlərin çoxalmasının qarşısını alır, iltihabı aradan qaldırır. Hüceyrə səviyyəsində toxumaların regenerasiyasını sürətləndirir. Selikli qişalarda lizosimin sintezini stimulyasiya edərək yerli immuniteti gücləndirir. İnhalyasiya zamanı bronxların drenaj funksiyasını yaxşılaşdırır. Bəlğəmgətirici və mukolitik effekt verir. Tonuslandırıcı, antihipoksik təsir göstərir. Beyin qan dövranını yaxşılaşdırır, xarici qıcıqlara qarşı cavab reaksiyasını artırır, diqqət və yaddaşı gücləndirir. Bağırsaq mikroflorası və peristaltikasını yaxşılaşdırır, həzm prosesini tənzimləyir.
Dəriyə istifadə zamanı yerli qıcıqlandırıcı, qaşınma əleyhinə, ağrıkəsici, dermatotonik təsir göstərir. Tük follikullarını qıcıqlandırır, keçəlləşmənin qarşısını alır.
Tənəffüs sisteminin kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri, zehni və fiziki yorğunluq, hipotonik tipli NSD, artralgiya, mialgiya, nevralgiya, vətər dartılması, posttravmatik hematomalar zamanı tətbiq olunur. Həmçinin dermatitlər, yaralar, trofiki xoralar, psoriaz və başın tüklü hissəsinin psoriazının kompleks müalicəsində, saç tökülməsinin müalicəsində istifadə edilir.
Əks göstəriş: fərdi həssaslıq.
İstifadə qaydası: Daxilə qəbul, xaricə sürtmək, masaj, inhalyasiya, vanna, kompress, kosmetik vasitələrin tərkibini zənginləşdirmək üçün istifadə olunur.
Daxilə: gündə 2 dəfə, hər dəfə 5-15 damcı yeməkdən əvvəl qəbul olunur.
Xaricə: gündə 2 dəfə dərinin zədəli nahiyələrinə çəkilir.
Saxlanma şəraiti: Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Saxlanma müddəti: 18 ay.
Buraxılış forması: flakonda 30 ml, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
You can buy Herba Flora products from all pharmacies and FitoClub store chain across the country.
You can find out the prices of Herba Flora products by approaching all pharmacies across the country.
You can contact the FitoClub chain of stores and online pharmacies regarding the delivery service.
Please contact Herba Medical Center to make an appointment with Fizuli Huseynov.
Contact numbers:
(012) 409 62 35
(055) 304 26 79
Address: Sabunchu district, Bashir Bunyadov 2578 block.
Herba Medical Center is located near Koroglu m/st. A transport service from the metro to the medical center and back has been organized for the patients’ comfortable arrival and departure.