Products

Laboil Vitamin D3

Tərkibi (20 ml):

64000 BV D3 vitamini (Cholecalciferol). 1 ml-də 32 damcı, 1 damcıda 100 BV (0,0025 mq) Cholecalciferol olaraq istehsal olunur.

Köməkçi maddə: rafinə edilmiş günəbaxan yağı (sunflower oil)

Məhsulun xüsusiyyətləri:

D3 vitamini qalxanabənzərətraf vəzin normal fəaliyyətini təmin edir, kalsium və fosfat mübadiləsini tənzimləyir, skeletin və dişlərin düzgün formalaşmasına təsir göstərir. Çatışmazlığı körpələrdə və uşaqlarda raxitin, orta yaşlı və yaşlı insanlarda isə osteomalyasiyanın və osteoporozun inkişafına səbəb olur. Uşaq yaşlarında, skeletin formalaşma dövründə, hamiləlik və südvermə dönəmində, həmçinin menopauza zamanı D3 vitamininə tələbat artır. Kalsium və fosfatların bağırsaqlardan sorulmasına, böyrəklərdən reabsorbsiyasına, daşınmasına və sümükləşmə prosesinə nəzarət edir. Kalsium öz növbəsində skelet əzələlərinin yığılmasına, sinir impulslarının ötürülməsinə və qan laxtalanmasına cavabdehdir. İmmun sistemə müsbət təsir göstərir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):

  • D vitamininə tələbatın artması halları
  • Uşaqlarda və körpələrdə raxit zamanı
  • Osteoporoz və osteomalyasiya zamanı

İstifadə qaydası və dozası:

1-4 yaş uşaqlara 1-4 damcıdan gündə 1 dəfə;

4 yaşdan yuxarı uşaqlara və böyüklərə 6-12 damcı gündə 1 dəfə yeməkdən sonra daxilə qəbul olunur.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstəriş: Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Saxlanma şəraiti: 250C-dən yuxarı olmayan temperaturda, günəş şüalarından uzaq, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış forması: 20 ml şüşə flakonda, pipet-başlıq və içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

How can I get Herba Flora products?

You can buy Herba Flora products from all pharmacies and FitoClub store chain across the country.

You can find out the prices of Herba Flora products by approaching all pharmacies across the country.

Questions about Herba Flora products can be directed to us through our official Social Media accounts (Instagram, Facebook, YouTube, TikTok, X). Questions are answered alternately on weekdays and during business hours (08:00 – 16:30).

You can contact the FitoClub chain of stores and online pharmacies regarding the delivery service.

Please contact Herba Medical Center to make an appointment with Fizuli Huseynov.

Contact numbers:
(012) 409 62 35
(055) 304 26 79

Address: Sabunchu district, Bashir Bunyadov 2578 block.

Herba Medical Center is located near Koroglu m/st. A transport service from the metro to the medical center and back has been organized for the patients’ comfortable arrival and departure.

More Information

Related Products