- Darçın Cinnamomum verum ağacının daxili qabıqlarından əldə edilir.
- Darçın ədviyyatlı və şirin yeməklərdə tətbiq olunan bir ədvadır.
- Darçın ədviyyat kimi çox qədim zamanlardan istifadə edilir. Hətta Misirdə həm dərman, həm də mumiyaları balzamlama agenti kimi tətbiq edilib.
- Bir zamanlar qızıl qədər qiymətli sayılırdı.
- Yeganə ədviyyatdır ki, əldə olunan kimi təmiz şəkildə bilavasitə istifadə edilə bilir.
- Darçının 4 növü var, ancaq 2 növü geniş istifadə edilir: Şri-Lanka darçını (darçının vətəni sayılır) və kassia. Şri-Lanka darçınına keyfiyyət etalonu demək olar. Lakin kassia yalançı sayılır.
- Çin ənənəvi təbabətində soyuqdəymə, köp, ürəkbulanma, qarıngetmə, ağrılı menstrual spazmlar zamanı geniş istifadə edilib.
- Darçının ətri beyni aktivləşdirir, qanda şəkərin miqdarını azaldır.
- Darçın həm də təbii konservantdır.
- Darçının tərkibində maqnezium, kalsium, dəmir və sink vardır.