Dismenoreya nədir? (Ağrılı menstruasiya)

Dismenoreya nədir? (Ağrılı menstruasiya)

Dismenoreya menstruasiya dövründə və ya ondan əvvəl görülən şiddətli ağrıdır. Birincili və ikincili dismenoreyaya bölünür.  Birincili dismenoreyada ağrının səbəbi bilinmir, ancaq ikincili dismenoreya hər hansı sağlamlıq probleminin mövcud olduğunun əlamətidir. Məsələn, uşaqlıqdakı poliplər, uşaqlıq divarındakı mioma, yumurtalıq kistası, endometrioz (şokolad kistası) kimi xəstəliklər bu problemlərdən bəzilərinin göstəricisidir. Uzunmüddətli dismenoreya endometriozun xəbərçisi ola bilər.

Bİrİncİlİ dİsmenoreya.

Ən çox görülən ginekoloji şikayətlərdən biridir. Bu növ dismenoreya, ümumiyyətlə gənc qadınların xəstəliyidir (ən çox 14 və 20 yaşlarında). Daha çox evlənməmiş qadınlarda olur. Birincili dismenoreyanı təyin etmək üçün üç xüsusiyyət vacibdir:

  • 1. Həmişə ovulyasiya dövründə baş verir. İlk başlanğıcı ümumiyyətlə menstruasiya başladıqdan qısa müddət sonra yaranır.
  • 2. Ağrı menstruasiya başlamazdan bir neçə saat əvvəl və ya menstruasiya ilə birgə başlayır. Ümumiyyətlə 48-72 saat davam edir.
  • 3. Ağrı spazm şəklindədir və xüsusilə qarın nahiyəsinin alt hissəsində daha güclüdür. Bel və bud nahiyəsinə də yayıla bilər.

Etiologiyası: Menstruasiya dövründə baş verən endometrial və hormonal dəyişikliklər rol oynayır. Birincili dismenoreya olan hallarda endometriumdakı prostaglandin sərbəstliyinin (xüsusən PGF2alfa) menstruasiya dövründə artdığı göstərilmişdir. Prostaglandinlərdəki bu dəyişiklik nəticədə güclü uşaqlıq sancılarına, əhəmiyyətli dərəcədə vazokonstriksiyaya və bununla əlaqəli uşaqlıq hipoksiyasına və ağrıya səbəb olur. Birincili dismenoreyada baş verən digər bir dəyişiklik, 5-lipoksigenaza sintez yolunun aktivləşdirilməsi ilə leykotrien sintezindəki artımdır. Leykotrienlər, uşaqlıq sancılarını artıran güclü vazokonstriktordur. Bu hormonal dəyişikliklər nəticəsində uşaqlıq sancılarının intensivliyi və tezliyi artır, ilkin dismenoreya olan hallarda menstruasiya dövründə uşaqlıqda qan axını azalır, nəticədə hipoksiya və çanaq ağrısı yaranır.

İkİncİlİ dİsmenoreya.

İkincili dismenoreyada ağrı menstruasiya ərəfəsində başlaya bilər və bütün menstruasiya müddətində davam edir. Ümumiyyətlə çanaqda daha dərin bir ağrı olur və bel bölgəsinə yayıla bilir.

İkincili dismenoreya səbəbləri:
Periton: endometrioz, pelvik tıxanma sindromu. Yumurtalıq: yumurtalıq kistaları və ya şişlər. Fallop (uşaqlıq) boruları: pelvik iltihab xəstəliyi (kəskin və ya xroniki). Uşaqlıq: adenomioz, uşaqlıq mioması, uşaqlıq polipləri.

Dismenoreya olan hallarda Herba Floranın Feminika çayından istifadə edə bilərsiniz. Feminika ginekoloji disfunksiya səbəbindən baş verən ağrıları aradan qaldırır. Dismenoreyalar (alqomenoreya, polimenoreya, hipermenoreya) zamanı Feminika olduqca faydalıdır.

http://fizulihuseynov.com/