Zeytun yarpağının və çayının faydaları

Mündəricat

Zeytun yarpağı

Zeytun yarpaqlarının faydalarını eşidəndə çox təəccüblənəcəksiniz. Həm zeytun meyvəsinin, həm də onun yarpaqlarının faydalarını saymaqla bitmir. Alzheymer xəstəliyi daxil olmaqla qaraciyər patologiyalarına qədər bir çox xəstəliyə şəfa verən zeytun yarpağının faydaları orqanizmin sağlamlığını qorumaq üçün ən effektiv vasitələrdən biridir. Zeytun yarpağının tərkibi hidroksitirozol, rutozitin, oleuropein maddələri və elenol turşusu ilə zəngindir.

Oleuropein qanda şəkər, lipidxolesterinin səviyyəsini tənzimləyir, insulin reseptorlarını aktivləşdirərək hüceyrələrin insulinə həssaslığını artırır. Bitkinin antioksidant təsiri isə rutozitin və elenol turşusu ilə əlaqədardır.

Zeytun yarpağının tərkibində olan elenol turşusu E vitamininə nisbətdə 2,5 dəfə daha güclü antioksidantdır. Rutozitin qaraciyərin antioksidant fermentlərini aktivləşdirir, yağların oksidləşməsini sürətləndirir, sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir.

Oleuropein trombositlərin aqreqasiyasını və laxtalanmanı ləngidir. Hidroksitirozol leykositlərin faqositar qabilyyətini artıraraq antimikrob, antivirus, göbələk əleyhinə təsir göstərir. Damargenəldici, sidikqovucu təsir edərək arterial təzyiqi normallaşdırır və immun sistemi gücləndirir.

Zeytun yarpağının faydaları

Zeytun yarpağı Alsheymer və Parkinson xəstəliklərində sinir hüceyrələrini qidalandırır. E və C vitaminləri ilə zəngin olduğu üçün güclü antioksidantdır, miokard hüceyrələrinə və kapilyarların divarına qoruyucu təsir göstərir. Məlum olmuşdur ki, zeytun yarpaqları qanda xolesterin fraksiyalarının səviyyəsini və damar divarlarında lövhələrin yığılmasını azaldır və ürək əzələsinin zədələnməsini ləngidir.

Zeytun yarpağı əvəzolunmaz antioksidant kimi hüceyrələrin genetik zədələnməsinin qarşısını alır, şiş əmələ gəlməsinə qarşı qoruyucu təsir göstərir. Eyni zamanda mikrobları öldürür, bağırsaq və tənəffüs yollarını tənzimləyir. Zeytun yarpağı həm də arıqlamağa kömək edir.

Zeytun yarpaqlarından həm çay kimi istifadə edilə bilər, həm də yeməklərə əlavə edilə bilər. Zeytun yarpağı qaraciyər qoruyucudur. Xüsusilə qaraciyərin piy distrofiyasının müalicəsində müsbət təsir göstərir. Araşdırmalar göstərib ki, zeytun yarpağı qaraciyər piylənməsində lipid mübadiləsinə sürətləndirici təsir göstərir.

İnsanların qeyri-sağlam qidalanması, yüksək karbohidrat və yağ istehlakı nəticəsində insulin tarazlığı pozulur. Bu, diabet riskini artırır. Zeytun yarpağı insulin müqavimətini azaldır və diabet xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırır. İnsulin müqaviməti olanlara səhər və axşam darçınlı zeytun yarpağı çayı içmək tövsiyə olunur.

Mütəxəssislər tərəfindən aparılan araşdırmalarda zeytun yarpağında olan maddələrin dərinin üst qatlarından keçərək günəş yanığı, erkən yaşlanma və dəri xərçənginə səbəb olan UB şüalara qarşı qalxan rolunu oynadığı müəyyən edilib. Mütəxəssislər zeytun yarpaqlarının təbii antibiotik olduğunu, həmçinin xərçəngli xəstələrdə şiş hüceyrələrinin yayılmasının da qarşısını aldığını aşkar etmişdir.

Zeytun yarpağı xüsusilə bağırsaq xərçəngi və döş xərçənginin qarşısının alınmasında təsirlidir. Tərkibindəki vitaminlər isə uşaqların sümük inkişafını dəstəkləyir. Əsrlər boyu bir çox xəstəliyin müalicəsində şəfa mənbəyi kimi möcüzələr yaradan zeytun meyvəsizeytun yarpaqları bu gün də əhəmiyyətini qoruyub saxlayır.

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız