Yaşıl çay nədir?
Yaşıl çay eramızdan 3000 il əvvəl Çində kəşf olunub. Daha sonralar Asiya ölkələrinə yayılıb. Yaşıl çayın faydaları tibbdə xeyli zamandır ki, öz təsdiqini tapıb. Yaşıl çayın tərkibi polifenollar, antioksidantlar, karotinoidlər, katexinlər, tokoferollar, kempferol, kversetin, mirisetin, tein, tanin, askorbin turşusu, vitaminlər C, P, B, K, PP mineralları, xrom, manqan, selen, sink və digər maddələrlə zəngindir.
Yaşıl çayın faydalı xüsusiyyətləri
Yaşıl çay tonuslandırıcı, qan təmizləyici, iltihab əleyhinə, hipotenziv, antitoksik, antiseptik, sakitləşdirici, ishal əleyhinə, antiaterosklerotik effekt verir. Soyuqdəymə və yorğunluq zamanı çay orqanizmdən toksinləri çıxarır və maddələr mübadiləsini yaxşılaşdırır. İltihab əleyhinə təsiri ilə xəstəliklərin gedişini yüngülləşdirir. Eyni zamanda orqanizmi gücləndirir, əzginliyi, süstlüyü aradan qaldırır, yuxululuğu azaldır. Onu səhərlər içmək daha faydalıdır.
Çayın tərkibində flüor və yod olduğu üçün ağır metal duzlarını orqanizmdən çıxarır. Çayın sidikqovucu təsiri orqanizmdən artıq mayeni çıxarmağa, bədəni ödemlərdən azad etməyə və sidik-cinsiyyət sisteminin işini yüngülləşdirməyə kömək edir. Həmçinin ürək və damarlar üçün çox faydalıdır. Vitamin C ilə zəngin olduğu üçün orqanizmdə oksidləşmə-reduksiya proseslərini sürətləndirir, damarların divarlarını möhkəmləndirir. O arterial hipertoniyadan əziyyət çəkən şəxslərdə təzyiq riskini azaldır, damarların elastikliyini artıraraq aterosklerozun inkişafını zəiflədir.
Yaşıl çay qanda xolesterin səviyyəsini azaldır, orqanizmi həm də artıq çəkidən azad edir. O orqanizmdə mübadiləni sürətləndirdiyi üçün həm arıqladıcı vasitə kimi tanınır, həm də orqanizmi piy hüceyrələrindən azad edir. Bu zaman qan və limfa dövranı aktivləşir, orqanizm sellülitdən azad olur. Yaşıl çay antioksidant effekti hesabına orqanizmdə erkən qocalmaya səbəb olan sərbəst radikalları neytrallaşdırır və orqanizmdən xaric edir.
Yaşıl çay xərçəng hüceyrələrinin də artıb-çoxalmasının qarşısını alır, bədxassəli hüceyrələri dağıdır. Yaşıl çay şəkərli diabet xəstələrində qanda qlükoza səviyyəsini azaldır, orqanizmin həyat fəaliyyətini artırır, yorğunluğu aradan qaldırır, əmək qabiliyyətini yüksəldir. Bu onun kofein tərkibli olması ilə əlaqələndirilir.
Yaşıl çayın tərkibində tanin qara çaydan 2 dəfə çoxdur. O antimikrob təsirindən əlavə faydalı bağırsaq mikrobiotasını normallaşdırır, bağırsaqlarda qıcqırma prosesini azaldaraq qazəmələgəlmənin qarşısını alır. Həmçinin mədənin, bağırsaqların, böyrək və qaraciyəri özünəməxsus “təmizləyir”. Yaşıl çayın tərkibindəki teofillin alkoloidi və bundan əmələ gələn diuretin maddəsi sidikqovucu effekt verir.
Yaşıl çay kosmetologiyada ekstrakt şəklində maskalara və kremlərə əlavə olunur. Ev şəraitində isə yaşıl çayla əl-üz yuyulur. Bu zaman dəridə iltihabi proseslər azalır, piqment ləkələrinin rəngi açılır.
Yaşıl çayın mənfi xüsusiyyətləri
Yaşıl çayın faydalı tərəfləri ilə yanaşı bir sıra mənfi xüsusiyyətləri də vardır. Onun tərkibindəki tein maddəsi kofein olduğu üçün orqnizmi tonuslandırır və bu səbəbdən də, çayın axşamlar içilməsi məsləhət deyil. Bu yuxusuzluğa gətirib çıxara bilər.
Təzə hazırlanmış yaşıl çay maksimum 5 dəqiqə ərzində içilməlidir. Əks halda onun tərkibindəki efir birləşmələri uçur və orqanizmə lazım olan maddələrin bir hissəsi itir. Alimlərin əldə etdikləri nəticələrə görə müəyyən müddət fasiləsiz bu çayı içənlərin ürək vurğularında nəzərə çarpaçaq qüsurlar yaranır. Həmçinin uzun müddət fasiləsiz olaraq yaşıl çay içmə böyrəklərdə daş əmələgəlmə proseslərini sürətləndirir, qaraciyər və böyrəklərin fəaliyyətinin zəifləməsinə, müəyyən vaxtdan sonra isə həmin orqanların xroniki xəstəliklərinə gətirib çıxarır.
Yaşıl çayın tərkibində polifenol birləşmələrinin çoxluğu bir müddət sonra qaraciyər və böyrək parenximasının da zədələnməsinə səbəb olur. Çayın çox miqdarda qəbulu başağrılarına, başgicəllənməyə və ətrafların əsməsinə səbəb ola bilər.
Herba Flora şirkətinin istehsal etdiyi Yaşıl çay, İsecha (Yapon yaşıl çayı) çayları gündəlik qidalanma rejiminə daxil edilən ən gözəl yaşıl çay nümunələri ola bilər!