Suyun faydaları

Suyun faydaları

Su insan orqanizmi üçün çox vacibdir. Beyində 85%, qanda 80% və əzələlərdə 70% su var. Suyun faydaları sonsuzdur. Böyrək daşı əmələ gəlməsinin qarşısını almaqla yanaşı, yoğun bağırsaq xərçənginə tutulma riskini də 45% azaldır. Gün ərzində tərləmə, nəfəs alma və sidiyə getmə səbəbi ilə təxminən 10 stəkan suyun xaric olduğunu nəzərə alaraq, gündə 2 litrdən çox su içilməsinin önəmli olduğunu bilməliyik. Bu da 8 stəkandan çox su deməkdir.

Normal şəraitdə insan orqanizmi gündə 2000 kalori enerji sərf edir. Yandırdığımız hər 15 kalori üçün həzm və maddələr mübadiləsi yolu ilə bir xörək qaşığı su itiririk. Məhz gündəlik fəaliyyətimiz sayəsində itirdiyimiz suyu geri qaytarmaq üçün 8 stəkan suya ehtiyacımız var.

Bədən məşqləri və ya idmanla məşqul olanlar hər gün daha çox su içməlidir. Onu da qeyd edək ki, digər içkilər suyu əvəz etmir. Su ehtiyacınızı çay və kofeinli içkilərlə təmin etdiyinizi düşünməyin. Bu içkilər diuretikdir, bədəndə su itkisinə səbəb olur.

Sağlam bir bədəndə həddindən artıq su ehtiyac yarandıqda və bu vəziyyət aradan qaldırılmadıqda, bəzi hormonlar aktivləşir qandakı maye miqdarının azalması səbəbindən yaranan impulsları beyinə ötürür. Susuzluğumuzu yatırmadığımız zaman dilimiz və boğazımız quruyur, damaq badamcıqlarımız azca şişir. Bədənimizdəki duz nisbəti yüksəlir və antidiuretik hormon ifraz olunur. Böyrəklər tərəfindən idarə olunan bu hormon bədəndə su saxlamağa çalışır.

Suyun faydaları çoxdur.

1. Dərini gözəlləşdirir

2. Bədən hərarətini tənzimləyir

3. Bədəndə yığılmış zərərli maddələrin xaricə atılmasına imkan verir.

4. Hüceyrələrə qida və oksigen daşıyır

5. Derzlərə dəstək verir

6. Qəbizliyin qarşısını alır

7. Böyrək və qaraciyərin yükü azaldır

8. Vitaminlərin, mineralların və digər qida maddələrinin mənimsənilməsinə kömək edir

9. Qan dövranını təmin edir

10. Beyni, onurğa beyni və bənzər orqanları zərərli xarici amillərdən qoruyur

11. Qida və hormonları orqanlara daşıma vəzifəsi var

12. Aclıq hissini azaltmağa kömək edir

13.Dərinin turqorluğunu təmin edir, sağlam və elastik edir.

Stres səbəbindən yaranan sızanaqların qarşısını su ilə almaq mümkündür.

Su dərini sızanaqlardan qorusa da, içməli suyun ümumiyyətlə xroniki sızanaqları tam müalicə etdiyini söyləmək olmaz. Sızanaqlar genetik və hormonal problemdir dəri məsamələrin bağlanması nəticəsində meydana gəlir. Bununla birlikdə, su içməklə stres nəticəsində yaranan sızanaqları azaltmaq mümkündür. Həmçinin su bədənin hormonal tarazlığını bərpa edir. Hormonal disbalans səbəbindən dəri problemi yaşadığınız bir zamanda bədəniniz əhəmiyyətli dərəcədə susuz qalırsa, stress hormonunun sintezi sürətlənir. Bu da sızanaqların artmasına gətirib çıxarır.

Unutmayaq ki, bol su içmək quru dərini nəmləndirir və çatlamaların qarşısını alır.

https://fizulihuseynov.com/

https://herba-flora.com

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur:

Heç bir nəticə tapılmadı.