Razyana

Razyana

Razyana bitkisi dünyanın hər yerində geniş istifadə olunur. Bu bitki tərkibindəki vitamin və minerallar sayəsində insan sağlamlığını qoruyur. Cəfəri ailəsinə aid olan razyana qədim zamanlarda insanlar üçün bitki mənşəli dərman hazırlama materialı kimi istifadə edilmişdir. Razyana bitkisi müalicəvi təsiri ilə yanaşı dadı və xoş ətri ilə xörəklərə və şirniyyatlara ləzət qatır. Kalium, maqnezium, kalsium kimi minerallar, A və C kimi vitaminləri ilə zəngindir. Qəbizlik və bağırsaqlarda toplanmış qazlardan qorunmaq üçün əla vasitədir.

Razyana bitkisinin faydaları

Razyana çayı antibakterial, antiseptik və iltihabəleyhinə təsiri ilə əlaqədar ağız qoxusunu aradan qaldırır, tərkibindəki kalium sayəsində gərilmiş damarları rahatlaşdırır və qan təzyiqini aşağı salır və  ana südünü artırır. Bir başqa faydası körpələrdə kolik və bununla bağlı ağlamaları azaltmaqdır. Dəridə qızartı və ya sızanaq kimi problemləri razyana çayı içməklə aradan qaldırmaq mümkündür. Beləliklə, dəriyə parlaqlıq verərək onun yenilənməsinə kömək edir. Libidonu artırır, menstruasiya zamanı qadınların ağrılarını aradan qaldırmağa köməklik edir. Razyana maddələr mübadiləsini sürətləndirir və yağların yanmasını asanlaşdırır. Bədəndən toksinlərin çıxarılmasında rol oynayır. Sidikqovucudur, bədəndə ödem və şişkinliyi azaldır, arıqlamaq istəyənləri məqsədinə çatdırır. Razyana həm də bəlğəmgətiricidir. Bronxların selikli qişasını rahtladır, bədəndə toplanan bakteriyalar ilə mübarizə aparır. İmmunitet sistemini gücləndirir və bədənin bərpasını sürətləndirir. Tərkibindəki antioksidant və C vitamini sayəsində orqanizmin ətraf mühitin xəstəliklərinə qarşı müqavimətini gücləndirir. onun meyvəsinin güclü antiseptik, iltihabəleyhinə və spazmolitik təsirləri vardır. Onun sancı və köp əleyhinə effektləri ilə yanaşı bağırsaqlarda həzmi və peristaltikanı yaxşılaşdırmaq xüsusiyyətləri də vardır. Spazmolitik təsiri sayəsində mədə-bağırsaqların saya əzələlərinin işini yaxşılaşdırır, həzm vəzilərinin sekresiyasını tənzimləyərək həzmi normallaşdırır.

Herba Flora şirkətinin əksər məhsullarının tərkibində razyana bitkisi vardır. Yuxarı tənəffüs yolları və yaxud bütün tənəffüs sistemi xəstəliklərinin müalicəsində bu məhsullar çox müsbət təsir göstərir. Ümumiyyətlə, bu bitki tənəffüs sistemi xəstəliklərindən başqa böyrək, sidik-cinsiyyət, həzm sistemi və ürək-qan damar sistemi xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. Həmçinin bütün üzvlərin saya əzələlərinə spazmolitik təsir göstərərək orqanizmin vahid bir sistem halında fəaliyyət göstərməsini təmin edir. Bu bitkinin bəlğəmgətirici, sancı əleyhinə, ağrıkəsici, köp əleyhinə və südartırıcı vasitə kimi istifadəsi çox əlverişlidir.

https://fizulihuseynov.com/

https://herba-flora.com