Qaragilə meyvəsinin faydaları nələrdir?

Mündəricat

Qaragilə meyvəsi

Qaragilə mərcangilə ailəsindən olan kol bitkisidir. Bu giləmeyvə yayın ortalarında yetişir. Əsasən Rusiya, Sibirin Avropa hissəsi üçün endemikdir. Qaragilə nəm və bataqlıq torpaqları sevir. Qaragilə giləmeyvəsinin tərkibi A, C, PP, B vitaminləri, mikro- və makroelementlər, aşı maddələr, efir yağları və flavanoidlər ilə zəngindir. Qaragilə meyvəsi həmçinin dəmir, kalium, fosfor, manqan kimi orqanizm üçün əhəmiyyətli minerallarla zəngindir. Orqanizmin bu elementlərə və askorbin turşusuna olan sutkalıq təlabatını ödəmək üçün 100 qram giləmeyvənin yeyilməsi yetərlidir. Giləmeyvələr gözün torlu qişasının qan dövranını yaxşılaşdırır, görmə sahəsini genişləndirir, görmə itiliyini artırır.

Bir çox insanlarda xüsusən axşam saatlarında süni işıqlandırma şəraitində kompüter qarşısında uzun müddət işləyərkən gözlərdə əmələ gələn yorğunluğu azaldır. Qaragilə giləmeyvələri damarmöhkəmləndirici, antibakterial xüsusiyyətlərə malikdir. Qaragilə sidikqovucu olduğu üçün böyrək və sidik yollarının iltihabi xəstəlikləri, böyrək xəstəlikləri və sidikdaşı zamanı çox faydalıdır. Qaragilə giləmeyvələri tərkibindəki A mikroelementlər sayəsində immun sistemin işini yaxşılaşdırır.

İmmunitetin möhkəmlənməsi sayəsində orqanizmdə infeksion xəstəliklərin yaranma riskini azaldır. Sözügedən antosian maddələr bədəndə sərbəst radikalları neytrallaşdırır, orqanizmi cavanlaşdırır, onkoloji xəstəliklərin inkişaf riskini azaldır. Giləmeyvələr dəmir və B qrupu vitaminlərinin təbii deposu olduğu üçün qanyaranmanı sürətləndirir, qanda hemoqlobin səviyyəsini artırır.

Qaragilə meyvəsinin faydaları

Təzə qaragilə meyvələri həzmi yaxşılaşdırdığı üçün mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Həmçinin qaragilə giləmeyvəsi liflərlə zəngin olduğundan bağırsaqların peristaltikasını yaxşılaşdırır. Qaragilənin bu effekti onun növündən də asılıdır. Belə ki, giləmeyvələrin qurudulmuş forması ishal üçün, təzə toplanmış halda isə qəbizlik zamanı effektlidir.

Qaragilə həmçinin xolesterinin zərərli fraksiyasının parçalanmasını və orqanizmdən tez bir zamanda xaric olmasını təmin edir. Dondurulmuş giləmeyvələr həm də orqanizmin su və duz balansını tənzimləyir.  Məhz belə xüsusiyyətlərinə görə qaragilə giləmeyvəsini ideal dietik qida əlavəsi kimi gündəlik qida rasionuna daxil etmək zəruri sayılır. Qaragilə həm də çəkini sabit saxlayır, hətta orqanizmi artıq çəkidən də azad edir.

Aparılan elmi tədqiqatlarla sübut olunmuşdur ki, qaragilə orqanizmdə kalium və fol turşusunun effektini yüksəldir, bununla da arterial təzyiqi azaldır, damarların divarını möhkəmləndirir. Giləmeyvələrin tərkibində həmçinin təbii qandurulaşdırıcı maddələr vardır ki, trombların əmələ gəlməsinin qarşısını alır. Nəticədə ciddi, həyati vacib ürək xəstəliklərinin riskini azaldır. Qaragilə giləmeyvəsi ürək əzələsini gücləndirir, ürək-damar xəstəliklərinin inkişafını ləngidir. Bir sözlə, qaragilə min bir dərdin dərmanıdır!

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız