Qanartırıcı məcun və qanartırıcı sirop

Mündəricat

Qanartırıcı məcun

Hemoqlobin qırmızı qan hüceyrəsi olan eritrositlərin əsas tərkib hissəsidir. Hemoqlobinin çatışmazlığı insan orqanizmində ciddi fəsadlar törədir. Qanazlığına çox həssas olan beyin, ürək və böyrəklər hemoqlobin əksikliyi zamanı ciddi patologiyalarla üz-üzə qalır. Qanazlığı səbəbindən orqanizmin məruz qaldığı bəzi halların qarşısını almaq üçün müxtəlif antianemik preparatlar və məcunlar mövcuddur.

Söz açacağımız qanartırıcı məcunların tərkibi müxtəlif üzvi və qeyri-üzvi birləşmələrlə, vitaminlərlə, makro- və mikroelementlərlə zəngindir. Qanartırıcı məcunlar tərkibindəki polivitaminlərin sayəsində həm də ümumi möhkəmləndirici effektə malikdir. Həmçinin dəmirlə zəngin olduğu üçün qısa müddətdə hemoqlobin səviyyəsini yüksəldir. Təbii qanartırıcı məcunların özəlliyi xüsusi bitki yığımından hazırlanmasıdır. Bu bitkilərin ayrılıqda hər birinin əhəmiyyətli xüsusiyyətləri vardır.

Nar meyvəsi, cəfəri, qara qarağat meyvəsi, gicitkən yarpağı, itburnu meyvəsi, qaragilə meyvəsi, yabanı çiyələk yarpağı, çuğundur kökümsovu, qarabaşaq meyvəsi ekstraktları əsasında hazırlanmış məcunlar, keyfiyyətinə görə qanartırıcı preparatlardan geri qalmırlar. Təbii tərkibli olduğu üçün orqanizm tərəfindən tam mənimsənilir, həmçinin immunstimulyator və tonuslandırıcı effekt yaradır. Nar meyvəsinin duru ekstraktı K, Ca, Mg, Fe, Mn, Cu, Zn, Mo, Cr, Al, Se, Ni, Sr, B kimi elementlərlə çox zəngindir. Aşı və büzücü maddələr hesabına güclü iltihab və ishal əleyhinə təsir göstərir.

Bunlardan başqa nar meyvəsinin tərkibində həm də ursul turşusu vardır. Nar meyvəsi ekstraktının qanartırıcı təsiri dəmirlə zəngin olaması ilə əlaqədardır. Qarabaşaq ekstraktı, tərkibində çox miqdarda rutinin olması səbəbindən hipovitaminoz və damar divarının keçiriciliyinin artması ilə müşayiət olunan xəstəliklər üçün istifadə olunur.

Qaragilə meyvəsinin ekstraktı isə çox miqdarda A vitamininə malik olduğu üçün çox güclü antioksidant, angioprotektiv təsir göstərir və görmə orqanlarının xəstəliklərinin qarşısını alır.

Cəfəri bitkisinin ekstraktı spazmolitik, iltihab əleyhinə, sidikqovucu və həzmi yaxşılaşdıran effektə malikdir. Orqanizmdən duzların qovulmasına çox yaxşı kömək edir. Qara qarağat meyvəsinin ekstraktı iltihab əleyhinə, dezinfeksiyaedici, immunostimulyator xüsusiyyətlərə malikdir, qanda hemoqlobin səviyyəsini artırır, dırnaqları möhkəmləndirir. Yabanı çiyələk yarpağının ekstraktı hipovitaminozu aradan qaldırır, metabolik prosesləri sürətləndirir.

Qanartırıcı sirop

Gicitkən yarpağının ekstraktı vitamin və dəmirlə zəngin olduğuna və güclü qanartırıcı xüsusiyyətinə görə bitkilər arasında seçilir. Həmçinin gicitkən yarpağının oksitosinlə zəngindir ki, bu maddə uşaqlıq qanaxmaları zamanı qanın həcmini qoruyaraq qanaxmanı dayandırır və qanaxma nəticəsində meydana çıxacaq qanazlığının qarşısını alır. İtburnu meyvəsinin ekstraktı orqanizmdə metabolik prosesləri sürətləndirir. İnfeksiyalara qarşı müqaviməti artıran, damar keçiriciliyini azaldan, çoxlu miqdarda vitaminlər (rutin, askorbin turşusu, E, B qrupları) ilə zəngindir.

Herba Flora şirkətinin istehsal etdiyi Şəfa vitamini bitki və meyvələrin ekstraktından hazırlanmış kompleksdir. Vitaminlər, makro- və mikroelementlərlə zəngin olduğu üçün Şəfa vitamini məcun kimi güclü qanartırıcı və iştaha açıcı effektə malikdir.

Yazı ilə əlaqəli məhsullarımız