Passiflora nədir?
Passiflora, Stratoflora ailəsinə aid ot bitkisi olub, “qranadilla”, “ehtiras meyvəsi”, “süvari ulduzu” kimi bitki adları altında tanınır. İsti və yüksək rütubətli tropik iqlimdə yetişir. 1840-cı ildə Asiya qitəsinə gətirilmişdir. Gözəl, 5-7 sm diametrli, iri çiçəkləri olan bitkinin torpaqda olan hissəsinin də faydalı və müalicəvi xüsusiyyətləri vardır. Dadlı, ətirli meyvələri sayəsində çox geniş yayılmışdır.
Tibdə ən çox istifadə edilən növü Passiflora inkarnatadır. Onun tərkibinə flavonoidlər, polisaxaridlər, sərbəst amin turşuları, qlikoproteinlər daxildir. Bundan başqa kalium, kalsium, maqnezium, natrium, kükürd, xlor, fosfor, dəmir, yod, manqan, mis, sink, flüor kimi elementlərlə də zəngindir. Bitkinin ən vacib bioloji aktiv komponenti passiflorin hesab olunur ki, bu da morfin kimi təsir göstərən bir maddədir.
Passiflora meyvələri neyrotransmitter rolunu oynayan, “xoşbəxtlik hormonu” hesab olunan serotoninlə zəngindir. Buna görə də passifloranın istifadəsi pis əhval-ruhiyyə və depressiya zamanı çox effektlidir. Əsəb pozğunluqları, narahatlıq, yuxu pozğunluğu, həddindən artıq həyəcan, vegetovaskulyar distoniya, neyrodermatitin müalicəsi zamanı sedativ təsirinə görə passifloradan geniş istifadə olunur.
Passifloranın faydaları
Xroniki alkoqolizmin müalicəsində, spirtli içki qəbul etmək zərurətindən yaranan psixi gərginlik və sinir sistemindəki pozğunluqlar zamanı passifloranın istifadəsi xoşagəlməz halları azaldır, yuxusuzluğu, pis əhval-ruhiyyəni aradan qaldırır.
Menopauza zamanı və ya menopauzadan əvvəlki vəziyyətdə passiflora hormonal dəyişikliklər nəticəsində yaranan əsəbilik, aqressivlik və yuxu pozğunluqlarını da azaldır. Bitkinin yarpaqlarından hazırlanan dəmləmələr nevroz və aritmiya zamanı yaxşı kömək edir. Həmçinin “qıcıqlanmış bağırsaq sindromu”, sinir sisteminin pozulması nəticəsində yaranan mədə sancıları üçün də istifadə olunur.
Passifloranın meyvələrində olan stearinlər qanda yüksək xolesterol səviyyəsini tənzimləyir, qana sorularaq xolesterol molekulları ilə rəqabət aparır və onların bədəndən çıxarılmasını asanlaşdırır. Tərkibindəki alkaloidlər sayəsində qan təzyiqini azaldır və qan damarlarını genişləndirir. Passifloranın faydaları bununla da bitmir. Passiflora meyvəsinin müntəzəm istifadəsi zamanı onun tərkibindəki beta-karotin görmə qabiliyyətini yaxşılaşdırır.
Bir sıra müsbət xüsusiyyətlərinə baxmayaraq, bəzi hallarda bitki bədənə zərər də verə bilər. Ürək və beyin damarlarının aterosklerozu, miokard infarktı və mədə-bağırsaq traktının xəstəlikləri olan xəstələrə həkimlə ilkin məsləhətləşmə lazımdır. Passiflora tərkibli qarışımları qəbul edərkən nəqliyyat vasitələrinin və mexanizmlərin idarə olunması ilə bağlı işlərdən imtina etmək tövsiyə olunur.
Laktasiyanın ilk üç ayında uşaqda qaz əmələ gəlməsi və allergik reaksiya riskinin artması səbəbindən anaya passiflora meyvələrini qəbul etmək tövsiyə edilmir. Tərkibində Passiflora olan dərmanlar hamiləlik dövründə həkim nəzarəti altında istifadə edilə bilər. Bir sıra yuxugətirici həblərin və sakitləşdirici dərmanların tərkibində Passiflora vardır.
Belə məhsullara Herba Flora şirkətinin yüksək effektli, tam təbii Florelax çayını və Sedat10 kapsullarını şərbətini misal göstərmək olar.