Nanə bitkisinin faydaları

Mündəricat

Nanə bitkisi

Nanə cinsi, əksəriyyəti Aralıq dənizi sahili ərazilərdə cəmlənmiş çox sayda növdən ibarətdir və digər adları Perekop, Dragoljub, Bezhavadır. O, asanlıqla tanınır – sadə və ya budaqlı gövdəsi və gicitkən yarpağına bir qədər bənzəyən yarpaqları var. Çoxillik ot bitkisidir, hündürlüyü bəzən 80 sm-ə çatır. Hələ eramızdan əvvəl insanlar nanədən istifadə etmişlər.

Bu bitki Assuriyalıların mixi lövhələrində qeyd olunmuş və Misir fironlarının məzarlarında tapılmışdır. Matta İncilində də onun adı çəkilir. Bu bitkinin adı dağ ilahəsi Minfanın (və ya Minta) adından götürülmüşdür. Əfsanəyə görə Minfa yeraltı dünya tanrısına aşiq idi, lakin onun arvadı Persephone Minfanı ətirli bir bitkiyə çevirdi.

Nanə bitkisinin faydaları

Nanənin faydalı xüsusiyyətləri

Nanənin tərkibində 2,5% -ə qədər efir yağı var, əsas komponenti mentoldur – ona unikal dad və ətir verən də odur, həmçinin digər maddələr – efirlər, pinen, piperiton, jasmon, mentofuran, flavonoidlər, taninlər də vardır. Tərkibində mentolun çox miqdarda olması səbəbindən nanə bakterisid təsirə malikdir.

Həmçinin bu bitkidən qida və əczaçılıq sənayesində, parfümeriya və qənnadı məmulatlarında, həmçinin spirtli içkilərin istehsalında istifadə olunur. Kulinariyada nanə müxtəlif yeməklərə ətirli ədviyyat kimi əlavə olunur. İsti yay günlərində nanəli içkilər sərinlik və təravət hissi bəxş edir. Almaniya, Fransa və İngiltərə və başqa Avropa ölkələrində o, tərəvəz souslarının və marinadların ətrini və dadını yaxşılaşdırmaq üçün geniş istifadə olunur, həmçinin müxtəlif ədviyyatlı qarışıqlara əlavə olunur.

Nanə yarpaqları tortlar, kokteyllər üçün gözəl bəzəkdir, bunlardan ən məşhuru Mohitodur. Slavyanların məşhur zəncəfilli çörəkləri də bu bitki ilə hazırlanır. Qədim Romada otaqlara nanə suyu səpilirdi, nahardan əvvəl masalar təzə nanə ilə bəzədilirdi. Romalılar inanırdı ki, onun ətri şən əhval-ruhiyyə yaradır. Orta əsr universitetlərinin tələbələrinə təzə nanə çələngləri taxmaq tövsiyə olunurdu. Hesab olunurdu ki, onun qoxusu beyni oyandırır, nəfəs yollarını genişləndirir və nəfəsalmanı asanlaşdırır.

Xalq və elmi təbabətdə də nanə öz tətbiqini tapmışdır. Beləki, bu bitkinin dəmləməsi sakitləşdirici və qızdırmasalıcı kimi, bundan başqa görmə problemləri, mədə-bağırsaq xəstəlikləri zamanı, hətta afrodiziak kimi qəbul edilir. Baş ağrıları, yanıqlar, oynaqlarda revmatik ağrılar və həşərat dişləmələri zamanı ağrıkəsici kimi onun islatmasından istifadə olunur.

Onun efir yağının tərkibində çoxlu mentol var ki, bu da spazm və sancıları aradan qaldırır, antiseptik və tərlədici təsir göstərir, stressi azaldır, orqanizmin müqavimətini artırır. Öskürərkən onun efirindən istənilən bitki yağı ilə qarışdırıb sinəyə sürtmək faydalıdır. Aromatik lampaya bir neçə damcı efir yağı əlavə etməklə otağı zərif nanə qoxusu ilə təravətləndirmək olar. Ətirli nanə çayı demək olar ki, hər kəs tərəfindən içilə bilər, lakin mentol miqdarının yüksək olması səbəbindən kiçik uşaqlara daha zəif konsentrasiyalı içki verilməlidir.

Herba Flora şirkətinin mədə-bağırsaq sistemi və tənəffüs yolları üçün nəzərdə tutulan, eyni zamanda uroloji və sedativ məhsullarının tərkibinə də nanə yarpaqları əlavə olunmuşdur.

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız