Müştərilərimizin nəzərinə!

Müştərilərimizin nəzərinə!

29.03.2023-cü il tarixində istehsal edilmiş və 29.03.2024-cü il tarixinədək istifadə müddəti təyin olunmuş “Aptek çobanyasığı çayı” məhsulumuzun qablaşdırmasında texniki səbəblərdən istehsal tarixi 12/29.03.2022 olaraq qeyd edilmişdir. Həmin seriyalı məhsulumuzun depo və apteklərdən geri çəkilmə prosesinə başlanılmışdır.

Əlavə olaraq qeyd etmək istəyirik ki, məhsulumuzun keyfiyyəti ilə bağlı heç bir problem yoxdur. Müştərilərimiz aldıqları məhsulun istifadəsinə rahatlıqla davam edə bilərlər.

Yaranan narahatlığa görə dəyərli müştərilərimizdən üzr istəyirik.

Diqqətiniz üçün təşəkkür edirik!

https://herba-flora.comhaqqimizda/

https://herba-flora.com