Feyxoa nədir?
Feyxoa ağacı meyvəsinin çox böyük faydaları məlumdur. Bədəni və qanı zərərli maddələrdən təmizləmək, xərçəngin qarşısını almaq kimi xüsusiyyətlərə malik olan feyxoa meyvəsi feyxoa kimi də tanınır.
Cənubi Amerikaya xas meyvə olan feyxoa ağacı meyvəsi B6, E, K, C, A və B qrupu kimi vitaminlərlə zəngin qidalandırıcı meyvədir. Bu meyvə ölkəmizdə əsasən cənub zonalarda əsasən də Lənkəran-Astara rayonlarında becərilir.
Yüksək aromatik tərkibə malik feyxoanın tərkibində banan və çiyələk meyvələrinin dadının qarışığı var. Tərkibində az miqdarda şəkər olduğu üçün arıqlamağa kömək edən bu meyvənin iç hissəsində yüksək miqdarda tanin mövcuddur. Adi meyvələrdən fərqli dadı və görünüşü olan feyxoanın 100 qramında 35 kalori var.
Tərkibində yüksək miqdarda antioksidant olan bu qeyri-adi meyvə manqan, kalium, mis və kalsiumla zəngindir. Tərkibində yüksək yod olması onu digər meyvələrdən fərqləndirən bir amildir. Farmakologiyada xammal kimi istifadə edilən feyxoa abadlıq işlərində də tez-tez istifadə edilir.
Feyxoanın faydaları
Feyxoa insan sağlamlığı üçün çox faydalıdır. Həzm sistemini tənzimləyir və dizenteriya kimi yoluxucu xəstəliklərdən qoruyur. Feyxoanın antiseptik, antibakterial xüsusiyyəti buna imkan verir ki, ishal, bağırsaqlarda qaz, qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi və köp kimi problemlərin simptomlarını azaltsın.
İshal və qusmanın qarşısını tez bir zamanda alır və itmiş iştahanı bərpa edir. Bədəndə yığılan artıq suyun çıxarılmasına və ödemlərin qovulmasına və qəbizliyin qarşısını almağa kömək edir. Bağırsaqlarda peristaltikanı tənzimləyir və həzm traktının işini normallaşdırır. Tərkibindəki yod ilə zob xəstəliyinin müalicəsinə müsbət təsir edir.
Qalxanabənzər vəzin yod çatışmazlığı və hipofunksiyası ilə bağlı xəstəliklərində feyxoa əvəzedilməz təbii vasitə kimi istifadə edilir. Yod və kalsiumla zənginn olduğu üçün yaddaş və boy artımına da müsbət təsir göatərir. Orqanizmdəki müxtəlif iltihab ocaqlarında iltihab əlamətlərini aradan qaldırır.
İltihabı sorulmasını sürətləndirərək həmin zonalarda mikrosirkulyasiyanı və regenerasiyanı yaxşılaşdırır və sağalmanı tezləşdirir. Qan şəkərini tənzimləyir. Qanda şəkəri səviyəsini aşağı salır. Arterial hipertenziya zamanı qan təzyiqini əhəmiyyətli dərəcədə endirir. Antioksidant mənbəyi olduğu üçün bədəndən toksinləri çıxarır.
Antitoksik və antioksidant effekt verərək maddələr mübadiləsi nəticəsində meydana çıxan sərbəst radikalları neytrallaşdıraraq hüceyrə membranını qoruyur və toplanmış mübadilənin son məhsullarını və toksinləri orqanizmdən xaric edir. Öskürək kimi tənəffüs yolları problemlərində feyxoa çayı istehlak edilərək rahatlama təmin edilir.