Sümüklərin normal inkişaf etməsi və sümük sağlamlığının qorunması üçün D vitamininin olması çox vacibdir. Bunun səbəbi sümüyün əsas komponenti olan kalsiumun yalnız D vitamininin iştirakı ilə bədən tərəfindən mənimsənilməsidir. Günəş işığı dəridəki kimyəvi maddəni aktiv bir vitaminə (kalsiferol) çevirəndə bədəndə D vitamini əmələ gəlir. Dərinizin hasil etdiyi D vitamininin miqdarı günün vaxtına, mövsümə və dərinin piqmentasiyasına görə dəyişir. Yaşayış yerindən və həyat tərzindən asılı olaraq əmələ gəlməsi azala və ya tamamilə yox ola bilər. Günəşdən qoruyucu kremlər bu vitaminin istehsalını azaldır. Günəşə məruz qalma əksər insanlara bu vitamini əldə etmək üçün asan və təhlükəsiz bir yoldur. Əlləri, üzü, qolları və ayaqları həftədə 2-3 dəfə günəş işığına məruz qoymaq, yüngül bir xəstəliyin inkişafı üçün lazım olan vaxtın təxminən dörddə birini alır.
Günlük miqdarı
Günəşə çox məruz qalmağın mənfi təsirləri də var, çünki bu müddət yaş, dərinin növü, mövsüm, günün vaxtı və s. amillərdən asılı olaraq dəyişə bilər. Günəşdən qorunmadan 6 gün günəş vannası qəbul etmək, yalnız 45-50 gün günəşsiz yaşamanı əvəz edə bilir. Bədən yağları artıq D vitaminini özündə saxlayır və lazım olduqda istifadəyə verir. Daimi günəş şüalarına məruz qalmayan insanların çoxu bu vitamini mənimsəməkdə çətinlik çəkir. Bu səbəbdən tərkibində bu vitamin olan multivitaminlərlə sümük sağlamlığını dəstəkləmək faydalıdır. 1 yaşa qədər uşaqlar üçün sutkalıq doza 400 BV, 1-70 yaş 600 BV, 70 yaşdan yuxarı insanlar üçün təxminən 800 BV tələb olunur. Bütün yaşlı insanlar D vitamini çatışmazlığı riski altındadır. Günəşdə vaxt keçirmə ehtimalı az olduğundan dərilərində günəş işığını D vitamini halına gətirən reseptorları azdır. Onların qidadan kifayət qədər vitamin ala bilmələri və bağırsaqdan sorulması da problemli ola bilər. Həmin vitamin olmadan sümüklər yumşaq, incə və kövrək olur. Bu vitaminin çatışmazlığı osteoporoz və bəzi xərçəng xəstəliyi növlərinin əmələ gəlməsinə şərait yaradır.
Günəş işığından və bəzi qida mənbələrindən bu vitamini almırsınızsa, vitamin əlavələrinə ehtiyacınız vardır. Bu əlavələri yağ tərkibli bir qida ilə qəbul etmək daha yaxşı absorbsiyanı təmin edir. Araşdırmalar göstərir ki, kalsiumla birlikdə alınan D vitamini bəzi xərçəng xəstəliklərinin qarşısını alır. Onunla zəngin qida əlavələri qəbul etmək zehni funksiyanı yaxşılaşdırmağa kömək edir. D vitamini əlavələri bu vitaminin sorulmasının inhibə edilməsi və mənimsənilə bilməməsi nəticəsində yaranan ailə hipofosfatemiyası kimi irsi xəstəliklərin müalicəsində istifadə edilə bilər. Araşdırmalar göstərir ki, uzunmüddətli D vitamini qəbulu skleroz riskini azaldır. D vitamini əlavələri sümüyün mineral tərkibinin itirilməsi, sümük ağrısı, əzələ zəifliyi, yumşaq sümüklər kimi ağır D vitamini çatışmazlığı olan yetkinləri müalicə etmək üçün istifadə olunur.
D Vitamini əksikliyi nələrə səbə ola bilər?
Gündəlik həyatda, qapalı mühitlərdə işləmək, açıq havada fəaliyyətdən uzaq olmaq və qidalanmamaq səbəbi ilə D vitamini çatışmazlığında artım müşahidə edilə bilər. Onun çatışmazlığında bədən ağrısı, halsızlıq, gəzməkdə çətinlik, sümük ağrısı, halsızlıq, saç tökülməsi, baş ağrısı, depressiya, əhval dəyişikliyi, yuxusuzluq, həddindən artıq tərləmə, arıqlamaqda çətinlik və daimi soyuqluq kimi əlmətlər meydana çıxır. Kifayət qədər miqdarda D vitamini və kalsium qəbul edən insanlar sümükdə mineral itkisini ləngidə, sümük sınıqlarını azalda və osteoporozun qarşısını ala bilərlər. Bu vitamin çatışmazlığı olan uşaqlarda Raxit xəstəliyi inkişaf edir, bu vitaminin əlavəsi ilə müalicə edilə bilər. Bu vitaminin əsas mənbəyi günəşdir. Bu vitamin ultrabənövşəyi şüaların dəri ilə təmasından sonra meydana gələn bəzi metabolik proseslər nəticəsində əmələ gəlir. Bu səbəbdən, günəşin bucağından asılı olaraq üzü və qolları açıq olmaqla hər gün 20-30 dəqiqə günəş vannası qəbul etməklə orqanizmdə kifayət qədər bu vitamin əmələ gələ bilər (ən ideal saat: 11:00-15:00).
Gündəlik D vitamini ehtiyacını yalnız yeməklə təmin etmək mümkün deyil. Çünki gündəlik tələbatın yalnız 20%-i qida ilə qarşılanır. Bu səbəbdən günəş işığından faydalana bilməyən insanlar böyük risk altındadır. Ona görə bu məlumatları həkimlə bölüşmək və lazım gələrsə, D vitamini əlavələri vermək lazımdır. Günəşdən qoruyan paltar, pəncərə arxasında günəş vannası qəbul etmək onun istehsalına mane ola bilər. Uyğun dozalarda alınarsa, ümumiyyətlə təhlükəsiz sayılır. Lakin onun həddindən artıq dozası orqanizmə zərər verə bilər. Onun həddən artıq istifadəsi nəticəsində ürəkbulanma, qusma, iştahasızlıq, qəbizlik, zəiflik, ürəkgetmə, çaşqınlıq, disorientasiya, ürək ritm problemləri, böyrək zədələnməsi kimi pozğunluqlar meydana gələ bilər. Bundan əlavə, yüksək dozada D vitamini oynaq kalsifikasiyasına, böyrək daşlarının əmələ gəlməsinə, yüksək təzyiqə və qanda kalsiumun artmasına səbəb ola bilər.