Arıqlama çayları və arıqladıcı çay reseptləri

Mündəricat

Arıqlama çayları (Arıqladıcı çaylar)

Qarşıdan yay gələrkən bizi maraqlandıran suallardan biri də yağ yandıran bitki çaylarının necə hazırlanmasıdır. Çəki problemi insanların həyatına təkcə fiziki deyil, həm də zehni olaraq mənfi təsir göstərə bilər. Xüsusilə bir çox insan hissəvi piylənmədən əziyyət çəkir.

Arıqlamaq istəyən pasiyentlər daha çox detoks və maddələr mübadiləsini sürətləndirən qidaları, həmçinin çəki atmağa kömək edən bitki çaylarını da araşdırır. Xüsusilə pəhriz saxlayanlar müxtəlif bitki çaylarından istifadə edərək arıqlama prosesini sürətləndirməyi hədəfləyirlər.

Yağ yandıran bitki çayları nədir?

Bu məqalədə yağ yandıran bitki çayı reseptlərini sizin üçün bir araya gətirdik.

Bəzi elmi araşdırmalar çayın insan sağlamlığına faydalarını üzə çıxarıb. Həmin araşdırmalara əsasən çay bədəndə ödemi azaldır, hüceyrələrin zədələnməsinin qarşısını alır, arıqlamağa və qarın piylərindən xilas olmağa kömək edir. Ancaq xüsusilə xroniki xəstəlikləri olanların və hamilə qadınların bitki çaylarından istifadə etməzdən əvvəl həkimə müraciət etmələri ən vacib detallardan biridir.

Arıqladıcı çay reseptləri

Aşağıdakı formada arıqladıcı çay reseptləri hazırlamaq olar:

Resept 1

  • 1 stəkan suya 2 çay qaşığı limonotu əlavə edib qaynadın.
  • Sonra ocaqdan götürüb üzərinə 1 çay qaşığı nanə əlavə edib dəmləyin, yemək arasında için.

Resept 2

  • 1 çubuq darçın
  • 1 limon
  • 1 alma
  • 5 mixək qönçəsi
  • 1/2 çay qaşığı qara bibər
  • 2 çay qaşığı qara çay
  • 1 çay qaşığı rozmarin
  • 1 litr su

 

Limon və alma yuyulduqdan sonra dilimlərə kəsilir və çaydana tökülür. Rozmarin, darçın çubuqları və mixək də çaydana əlavə edilir və qaynamağa buraxılır. Qara çay əlavə edilir və 5 dəqiqə dəmlənməyə buraxılır. Hazırladığınız arıqlama çayını ac və ya tox mədəyə içə bilərsiniz. Ancaq hazırladıqdan sonra gün ərzində qəbul etmək lazımdır.

Resept 3

  • Yarım litr qaynar su
  • 1/2 limon
  • 2 çay qaşığı yaşıl çay

 

Əvvəlcə yarım litr qaynar su hazırlayırıq. Sonra bu suya 2 çay qaşığı yaşıl çay əlavə edib 10 dəqiqə dəmlənməsini gözləyirik. Sonra yarım limonu qabığı ilə birlikdə doğrayıb dəmlənmiş çaya əlavə edirik. Gün ərzində yeməklər arasında hazırladığımız çayı içirik. Artıq yaz fəsli bir addımlığımızdadır. Yaraşıqlı və cazibədar görünmək üçün səliqəli geyimə və bu geyimləri daha da gözəlləşdirən ideal bədən quruluşuna sahib olmaq önəmlidir.

Bu sahədə Herba Flora şirkətinin Zərif arıqlama çayları seriyası əvəzsizdir.

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız