Anemiya xəstəliyi nədir?

Anemiya xəstəliyi nədir?

Anemiya qanda hemoqlobinin və eritrositlərin azalması, hüceyrə və toxumaların oksigen çatışmazlığı ilə meydana çıxan xəstəlikdir. Anemiya diaqnozu kişilərdə hemoqlobin göstəricisi 130 g/l, qadınlarda isə 115 g/l-dən az olduğu zaman qoyulur. Uşaqlarda isə anemiya diaqnozu qoyulması üçün uşağın yaş faktoru diqqətə alınır. Anemiyaya mədə-bağırsaq traktının xora və polipləri, xroniki böyrək xəstəlikləri, onkoloji xəstəliklər, infeksion xəstəliklər, qurd invaziyaları və s. zamanı rast gəlinir. Qanda hemoqlobin səviyyəsinin çox düşməsi zamanı xəstəlik daha ağır gedişata malik olur.

Anemiya eritrositlərin yaranmasının pozulması, onların parçalanmasının artması, yaxud qan vasitəsi ilə eritrositlərin itirilməsi nəticəsində meydana gəlir. Statistikaya görə ən geniş yayılmış anemiya qanitirmə nəticəsində meydana gələn qanazlığıdır. Qısa zaman kəsiyində böyüklərdə 500–700 ml-dən çox qanın itirilməsi kəskin anemiya hesab olunur. Qan itirilməsi gözlə görünən (yaradan qanaxma, qanlı qusma, uşaqlıq, burun qanaxmaları) və gizli (bağırsağa, qarın boşluğu yaxud plevraya qanaxma, böyük hematomalar) olur. Xroniki qanitirmə uzun müddətli, tez-tez və günlərlə sürən aybaşı, mədə xorası, babasil, xərçəng, hemodializ prosedurunun aparılması və s. nəticəsində inkişaf edir. Xroniki qan itkisi zamanla orqanizmdə dəmir ehtiyatının tükənməsinə gətirib çıxarır. Belə ki, orqanizmdə itirilən dəmirin miqdarı qida vasitəsi ilə daxil olan dəmirin miqdarını üstələyir. Nəticədə dəmir defisiti baş verir və hemoqlobin sintezi pozulur. Hər bir yetişmiş eritrosit sümük iliyindən 250-500 mln molekul hemoqlobinlə ayrılır. Hemoqlobin molekulu zülali hissədən (4 qlobin zənciri) və dəmirdən (hem) ibarətdir.
Hemoqlobinin əsas bioloji funksiyası ağciyərdən oksigeni toxumalara, karbon qazını isə toxumalardan ağciyərə nəql etməkdir. Eritrositlərin yaşama müddəti dörd aydır. Dəmir defisiti dəmirin bağırsaqlardan sorulmasının pozulması (onikibarmaq bağırsağın müxtəlif xəstəlikləri) və nazik bağırsağın yuxarı şöbələrinin bəzi xəstəlikləri (enteritlər, şişlər, bağırsağın adı çəkilən hissəsində cərrahi müdaxilədən sonra) nəticəsində yarana bilir. Daha bir səbəb dəmirdaşıyıcı xüsusiyyətə malik zülal səviyyəsinin azalmasıdır. Bu hal nefrotik sindrom, qaraciyərin zülal sintezinin pozulması, alimentar çatışmazlıq kimi xəstəliklər nəticəsində meydana çıxır.

Anemiya xəstəliyinin yaranma səbəbi

Qanyaranmanın pozulması ilə meydana çıxan anemiyalar da bir çox səbəblərdən baş verir. Eritrositlərin yaranmasında iştirak edən vitamin B6, B12, Fol turşusu kimi vacib komponentlərin qidada lazımi səviyyədə olmaması, yaxud da həmin maddələrin mədə-bağırsaq traktı tərəfindən sorulmanın pozulması da əsas səbəblər arasındadır. Bundan başqa eritrositlərin sələfi hesab olunan sümük iliyi hüceyrələrinin toksiki maddələr və radiasiya nəticəsində zədələnməsi, sümük iliyində ikincili şiş ocağının yaranması da bu səbəblər sırasındadır.
Bir sözlə anemiya müxtəlif səbəblərdən meydana gələ bilən xəstəlikdir.
Herba Flora şirkəti dəmir defisitli anemiyaların profilaktikası və kompleks müalicəsində gündəlik qida rasionuna daxil edə biləcəyiniz təbii vitamin və mineral deposu hesab olunan Şəfa Vitamini istehsal edir!

https://herba-flora.com/

https://fizulihuseynov.com/