Depressiya

Depressiya

Depressiya ən geniş yayılmış əsəb pozuntusudur. Əldə olunan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular davamlı olur və bir sıra hallarda səbəbsiz meydana çıxır. Depressiya hər yaşda, hər fərddə görülə biləcək ruhi bir xəstəlikdir. Genetik və ya biokimyəvi səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan, gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər. Cəmiyyətin hər seqmentində görülə bilər.

Son zamanlar insanlar arasında stress, panik atak və  epilepsiya tutmaları artmışdır. Bu da insanların psixoloji durumu və həyat tərzindən qaynaqlana bilir. Hər 5-7 nəfərdən biri ömründə ən az bir dəfə təşviş halını yaşayır. Əgər bu hal tez-tez təkrarlanarsa, onda bu, təşviş pozuntusu adlanır. Bu zaman xəstələr ürək infarktı olacağından və ya öləcəklərindən qorxmağa başlayırlar. Təşviş pozuntusu zamanı baş verən simptomlar: baş gicəllənməsi, ürək çırpıntısı, təşviş, uyuşma, nəfəsi kəsilmək hissi, titrətmə, qarın ağrısı hissi, ətrafdakıların gerçək olmadığını düşünmək, keyimə və iynə batmaq kimi hisslər ürək və ya döş qəfəsi orqanları ilə əlaqədar olmur, səbəbsiz olaraq bu simptomlar beyindən başlayaraq bədənə yayılan sinir impulsları nəticəsində yaranır.

Panİk atak tutmaları və depressİya

Panik atak tutmaları və depressiya əleyhinə bir sıra bitkilər vardır ki, həmin simptomların azaldılmasına  yardımçı olur: ballınanə (melissa), çobanyastığı, yarpız, pişikotu, mayasarmaşığı, damotu, yunan lavandası və s.  Belə bir qarışımlardan istifadə etmək olar: ballınanə – yunan lavandası və ya  pişikotu – damotu. Bu qarışımlardan hansısa biri edilir. Qarışıma daxil olan hər bitkidən 1 xörək qaşığı olmaqla 3 stəkan qaynamaqda olan suya əlavə edilib 5 dəq qanadılır, 30 dəq  dəmlənilir. Daha sonra süzülərək gündə 3 dəfə və hər yeməkdən 30 dəqiqə  öncə 1 stəkan içilir. Depressiv vəziyyətlərdə əsəb sakitlşdirici təsir göstərmək, ürək vurğularının sayını azaltmaq, taxiaritmiyaların qarşısını almaq üçün Nat Sedativ kapsuldan istifadə edə bilərsiniz. 

http://fizulihuseynov.com/