Çia toxumu

Mündəricat

Çia toxumları (salvia hispanica) sağlam qidalardan biri olduğu üçün son illərdə ən çox tələbat yaranan bitki çevrilmişdir. Asanlıqla həzm olunan və reseptlərə əlavə olunan çox yönlü tərkib hissəsinə malikdir. Kiçik ölçülü olmasına baxmayaraq, Çia toxumları antioksidantlar, Omeqa-3 yağ turşuları, lif, dəmir, kalsium, fosfor, maqnezium, manqan, mis, sink və niasin kimi və s. vacib minerallarla zəngindir. Təxminən 2 xörək qaşığı Çia toxumunun tərkibində 139 kalori, 4 qram protein, 9 qram yağ, 12 qram karbohidrat və 11 qram lif, həmçinin vitamin və minerallar var. Çia toxumları Çia bitkisindən alınan kiçik qara toxumlardır. Bu bitki Meksikanın mərkəzin və cənubunda bitir. Çia mayya dilində “güc” deməkdir və onun toxumları yüksək kaloriyə malik olduğu üçünidmançıların qidası” kimi tanınır. Bu toxumun faydaları saymaqla bitmir.

Çia toxumunun faydaları

Çia toxumlarının bəzi faydaları bunlardır:

  1. Toxluq hissi yaradır
  2. Dərini qoruyur
  3. Yaşlanmanı ləngidir
  4. Sümükləri möhkəmləndirir
  5. Xərçəng əleyhinə effektlidir

Omeqa-3 yağ turşuları infarkt və insultdan qoruyan xolesterolun HDL(yaxşı xolesterol) fraksiyasının yüksəlməsinə kömək edir. Çia toxumları bitki əsaslı protein mənbələri arasında ən yüksək yerdədir. Bu super toxumun əzələ yağını yandırmaq, piy toxumasını parçalamaq və qan şəkərinin səviyyəsini sabitləşdirmək kimi xüsusi üstünlükləri vardır. Çia toxumlarını unikal edən xüsusiyyətlərdən biri də öz çəkisinn 10 qat artıq su udmadır. Buna görə də, Çia toxumları nəmləndirməni uzadır və elektrolitlərin qida maddələrinin udulmasını artırır. Bu həm də həzm prosesini ləngidir, insanı daha uzun müddət tox saxlayır və orqanizmin şəkərə tələbatını azaldır. Çia toxumlarının tərkibində yüksək miqdarda sink olduğuna görə, orqanizmin viruslara qarşı müqavimətini artırır. Formada olmaq aclığa qarşı dözümlüyü artırmaq üçün bu toxumlardan qida mənbəyi kimi istifadə etmək çox məsləhətlidir.

Hal-hazırda tədqiqatçılar Çia toxumlarında təbii antioksidantların konsentrasiyasının iki dəfə çox olduğunu bildirirlər. Bu antioksidantların effekti sərbəst radikalların 70 faizinə qədər fəaliyyətinə maneə törətdiyi aşkar edilmişdir. Araşdırmalar sübut edir ki, Çia toxumları yüksək antioksidant tərkibli qidalardan biridir. Antioksidantlar dərinin regenerasiya sistemlərini sürətləndirir və daha çox zədələnməsinin qarşısını alır. Çia toxumlarının qəbulu iltihab və sərbəst radikalların orqanizmi zədələməsi səbəbindən vaxtından əvvəl başlayan qocalmanın da qarşısını ala bilər.

Çia toxumunun tərkibi

Çia toxumlarının tərkibi lif baxımından çox yüksəkdir. İki xörək qaşığı Çia toxumu təxminən 11 qram lif ehtiyatına malikdir. Amerika Pəhriz Assosiasiyasına görə, bir porsiya Çia toxumu tövsiyə olunan gündəlik lif qəbulunu təmin edə bilər. Lif orqanizmin insulin səviyyələrini tarazlaşdırmaq üçün lazımdır. Çia toxumlarının yüksək lif tərkibi bağırsaqların və nəcisin tənzimlənməsi üçün faydaları var. Bu toxumlarının zəngin lif tərkibi insanların özünü daha enerjili hiss etməsinə kömək edir, çünki onlar əhəmiyyətli miqdarda suyu udur və yeyildikdə dərhal mədədə genişlənir. Həmçinin, Çia toxumu qəbul etdikdə mədədə jelatinə bənzər bir maddə əmələ gətirir. Bu geli əmələ gətirən təsir Çia toxumlarında həll olunan liflə bağlıdır və bağırsaqda probiotiklərin inkişafına təsir edir. Eyni zamanda bir prebiotik kimi effektlidir.

Çia toxumunun farmakoloji təsirləri

Çia toxumları xolesterin əleyhinə təsir göstərir. Çia toxumlarının iltihabı aradan qaldırmaq, xolesterolu tənzimləmək və qan təzyiqini aşağı salmaq qabiliyyəti ürək sağlamlığı üçün son dərəcə faydalıdır. Həmçinin, oksidləşdirici stressi aradan qaldırır. Müntəzəm olaraq Çia toxumu qəbul etdikdə, orqanizmdə ateroskleroz artma ehtimalı azalır. Çia toxumlarının(salvia hispanica) tərkibində çox yüksək olan linoleik turşusu, bədəndə yağda həll olan A, D, E və K vitaminlərini mənimsəməyə kömək edən vasitədir.  Kiçik bir toxumda sağlam yağlar olduqca yüksəkdir və qızılbalıqda olandan daha çox Omeqa-3 vardır. Omeqa-3 qan təzyiqini, pis xolesterolu və iltihabı azaltmaqla ürəyi qoruyur. İki xörək qaşığı Çia toxumunda gündəlik tövsiyə olunan kalsiumun təxminən 18%-i var. Kalsium sümük sağlamlığı üçün vacibdir. Beləliklə, sümük gücünü və kütləsini qorumağa kömək edir. Çia toxumunun tərkibində sümük sağlamlığı üçün başqa bir vacib qida maddəsi olan bor da var. Bor sümüklərin və əzələlərin sağlam inkişafı üçün kalsium, maqnezium, manqan və fosforun metabolizminə kömək edir. Çia toxumları həmçinin xərçəng əleyhinə də təsir göstərir.

Çia toxumları omeqa-3 yağ turşusu olan alfa lipoik turşusu (və ya ALA) ilə zəngindir. 2013-cü ildə Journal of Molecular Biochemistry, ALA-nın həm döş, həm də uşaqlıq boynu xərçəngində bəd xassəli şiş hüceyrələrinin böyüməsini məhdudlaşdırdığı aşkar edilmişdir. Beləliklə, Çia toxumları xərçənglə mübarizə aparan qidalardan biri kimi istifadə edilə bilər. Çia toxumlarının qəbulu zehni sağlamlığı dəstəkləyir və beyindəki neyrotransmitterlərin (serotonin və dopamin) səviyyəsini yüksəldir və beyin hüceyrələrinə daha çox enerji verir.

https://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.