Zəncirotu nədir?
Zəncirotu (latın dilində Taraxacum officinale) – tərkibində çoxlu faydalı maddələr olan çoxillik bitkidir. Azərbaycan xalq təbabətində müalicə məqsədi ilə geniş istifadə olunur. Karahindiba kimi tanınan zəncirotunun tərkibində vitaminlər, minerallar, antioksidantlar, fenol turşuları və taraksasterol adlı əsas maddələr var.
Zəncirotunun xüsusiyyətləri
- İltihab əleyhinə
- Bürüyücü
- Ağrıkəsici
- İşlədici
- Ödqovucu
- Həzmi normallaşdırıcı
Zəncirotunun təsiredici xüsusiyyətləri
- Zəncirotu tərkibindəki fenol turşular və laktonlara görə soyuqdəymə və iltihab əleyhinə təsir göstərir, daxili orqanlarda iltihabın qısa zamanda sorulmasını və regenerasiyanı sürətləndirir. Mədə-bağırsaq xoralarının sağalmasını təmin edir və bitişmələrin əmələ gəlməsinin qarşısının alır.
- A, C, E, K və B qrupu vitaminləri (xüsusilə B6, riboflavin, niasin) və kalium, kalsium, dəmir, maqnezium, sink, fosfor kimi minerallar hesabına maddələr mübadiləsini sürətləndirir, orqanizmi möhkəmləndirir, immuniteti gücləndirərək orqanizmi xəstəliklərə qarşı daha davamlı edir.
- Antioksidant təsiri beta-karotin, lütein, flavonoidlər hesabınadır. Belə ki, bu maddələr antioksidant effekt verərək orqanizmin toxuma və hüceyrələrini toksiki maddələrdən təmizləyir, hüceyrələri sərbəst radikallardan qoruyur, kəskin xəstəliklərin sağalmasını sürətləndirir və xroniki xəstəliklərin kəskinləşməsinin qarşısını alır.
- Zəncirotu mədə turşuluğunun normallaşmasına yardım edir. Həm hipoasid (az turşulu), həm də hiperasid (çox turşulu) qastritdə ehtiyatla istifadə oluna bilər. Lakin kəskin mədə xorası və ya reflüks problemi olan şəxslər onu həkim məsləhəti ilə istifadə etməlidir.
- Acı maddə olan taraksasterolun təsiri nəticəsində qaraciyər və öd kisəsinin funksiyalarını dəstəkləyir, ödün axınını sürətləndirir və iştahanı açır, mədə-bağırsağın işini yaxşılaşdıraraq qəbizlik və köp problemini azaldır. Zəncirotunun həzm sistemi üçün faydaları kifayət qədər çoxdur və həm xalq təbabətində, həm də fitoterapiyada geniş istifadə olunur.
- Sidikqovucu təsiri sayəsində bədəndəki artıq suyu və toksinləri qovur, qanda şəkəri tənzimləyir, inulin hesabına şəkər balansını saxlamağa kömək edir. Dəri problemlərində, sızanaq, dəri iltihabı və yaraların sağalmasında faydalıdır.
- Bağırsaqlarda bakterial balansın pozulması hallarında (disbakterioz) zəncirotunun prebiotik və antimikrob təsiri faydalı ola bilər. Həmçinin, bağırsaqlardakı xroniki iltihabı da yüngülləşdirə bilər.
“Herba Flora” şirkəti tərəfindən zəncirotu bitkisi həm müxtəlif çayların tərkibində, həm də tək halda istehsal olunur. Şirkətinin istehsalı olan Pankreas çayı mədəaltı vəz xəstəliklərində, xüsusilə xroniki pankreatitlərdə yaxşı təsir göstərir. Həzm pozuntusu, köp və epiqastral nahiyədə diskomfort hissi yaradan xroniki pankreatitlər zamanı pankreas çayının tərkibində olan zəncirotu kökü və başqa bitkilər bu simptomları asanlıqla dəf edir, həzmi tənzimləyir, köp və diskomfort hissini aradan qaldırır. Pozulmuş həzmi normallaşdırmaq üçün siz də zəncirotu tərkibli pankreas çayından yararlana bilərsiniz.