HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Yemişanın faydaları nədir?

Mündəricat

Yemişan meyvəsi faydalı və müalicəvi xüsusiyyətləri sayəsində uzun illərdir ki xalq təbabətində tətbiq olunur. Qırmızı, bəzən narıncı və ya sarımtıl rəngdə olub turşməzə, ya da azacıq şirin dadır. Çox vaxt topa halında çıxır, meyvənin içində 1-5 ədəd toxum olur. Meyvələrin tərkibi flavonoidlər, proantosianidlər, üzvi turşular, hiperozid, rutin, kversetin, vitexin kimi bioloji aktiv komponentlərlə zəngindir. Meyvələrin tərkibində olan vitamin C, sink, maqnezium, kalium kimi minerallar orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Yemişan hansı xəstəliklərdə faydalıdır?

Bundan başqa qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, ürək əzələsini gücləndirir. Həmçinin ürək əzələsinin yığılmasını artırır, miokardın oksigen tələbatını azaldır, arterial təzyiqi stabilləşdirir. Ürək ritminin tənzimlənməsinə kömək edir, aritmiya və taxikardiyanın qarşısını alır, damar və əzələ spazmlarını aradan qaldırır. Yemişan meyvəsi “pis” xolesterin səviyyəsini azaldır və damarların tıxanmasının qarşısını alır. Ürək çatışmazlığı, arterial hipertenziya, tac damar xəstəlikləri, sinir sisteminin zəifləməsi və stress zamanı çox faydalıdır. Tərkibi flavonoidlərlə zəngin olduğu üçün sinir hüceyrələri arasında impulsların ötürülməsini sürətləndirir. Baş beyinin qan dövranını və oksigenlə təminatını yaxşılaşdırır, diqqət və yaddaş funksiyalarını gücləndirir. Sinir sistemini sakitləşdirir, narahatlıq və stresi azaldır. Yemişan meyvələri antioksidantlarla zəngin olduğu üçün bədənin sərbəst radikallarla mübarizə aparmasına kömək edir. Bu effekti sayəsində qocalmanın və şiş hüceyrələrinin inkişafının qarşısını alır. Yemişan meyvələri kiçik çanaq orqanlarında qan dövranını yaxşılaşdıraraq cinsi orqanlara kifayət qədər qan axınını təmin edir. Məhz bu yolla cinsiyyət sistemi daha çox oksigen və qida maddələri ilə təmin olunur. Bu da kişilərdə cinsi qabiliyyəti artırır, kişi sağlamlığına müsbət təsir göstərir. Yemişan xalq təbabətində nəsilartırma bitkisi kimi də tanınır. Meyvələrin tərkibi E vitamini ilə zəngin olduğu üçün spermanın keyfiyyətini yaxşılaşdırır, kişi cinsi hüceyrələrinin yaşama və mayalandırma qabiliyyətini də yüksəldir.

“Herba Flora” şirkəti yemişan meyvələri ilə zənginləşdirilmiş bir sıra faydalı təbii məhsullar istehsal edir. Onlardan Teamen fitoçayını və Sedat10 təbii kapsullarını misal göstərmək olar. Teamen çayı kişi sağlamlığının nadir keşikçilərindən hesab olunur. Belə ki, prostat vəzin qanla təminatını və sinir təchizatını yaxşılaşdırır, qan dövranını sürətləndirir. Kişi orqanizminə tonuslandırıcı, iltihab və mikrob əleyhinə təsir göstərir. Spermanın keyfiyyətini və potensiyanı artırır.
Sedat10 kapsulları təbii sakitləşdirici və yuxugətirici olsa da məhz yemişan meyvələri sayəsində xəstələrdə yaddaş zəifləməsinin qarşısını alır, beyinin və ürəyin qan dövranını yaxşılaşdırır, toxumaların oksigen təchizatını artırır. Bu təbii məhsullar yemişan meyvələrinin nə qədər faydalı olduğunu praktik olaraq sübut edir!

https://herba-flora.com/

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız