Yatıqqanqal nədir?
Bu bitki xalq təbabətində antiallergik, sinir sisteminə sakitləşdirici təsiri ilə tanınır. Yatıqqanqal bitkisinin tərkibində aşı maddələr, əsasən də polifenol, vitamin C, manqan, taninlər, kumarinlər, askorbin turşusu, efir yağları, karotin, acı maddələr, flavonoidlər, mikroelementlər və selik kimi əsas maddələr vardır.
Yatıqqanqalın xüsusiyyətləri
- Antiallergik
- İltihab əleyhinə
- Sakitləşdirici
- Yuxugətirici
- Antihistamin
- Antitoksik
- Antioksidant
- Desensibilizəedici
- Antibakterial
Yatıqqanqalın müalicəvi xüsusiyyətləri
- Vitamin C və manqan maddələr mübadiləsinə əhəmiyyətli dərəcədə sürətləndirir, bu da allergik prosesin inkişafını ləngidir. Yerli istifadə zamanı yatıqqanqal toxumaların mikrosirkulyasiyasını və regenerasiyanı sürətləndirir. Allergiyaya qarşı güclü təsir göstərir. Mövsümi allergiyalarda (məsələn, saman qızdırması) simptomları azaltmağa kömək edə bilər. Əsasən bədəndə tosqun hüceyrələr tərəfindən sintez olunan histamin sekresiyasını azaldır. Allergik dermatitlər zamanı dəridə yaranan yaraların sağalmasını sürətləndirir, allergik reaksiyalar zamanı yaranan qızartı və səpkilərin sönməsini və sağalmasını təmin edir.
- Qan təmizləyici təsir göstərir. Yatıqqanqal orqanizmdəki toksinləri və zərərli maddələri çıxarmağa kömək edir. Qanı təmizləyərək ümumi sağlamlığa müsbət təsir göstərir.
- Qan artırıcı xüsusiyyəti vardır. Yüksək dərəcədə dəmir və fol turşusu tərkibli olduğu üçün qanazlığında (anemiyada) istifadə olunur. Qan dövranını stimullaşdırır.
- İltihab əleyhinə təsir göstərir. Artrit, oynaq ağrıları və digər iltihabi proseslərdə şişkinliyi və ağrını azaltmağa kömək edir.
- Sidikqovucu təsir göstərir. Böyrəklərin fəaliyyətini gücləndirir və sidikqovucu təsiri ilə bədəndə yığılan artıq suyu və duzu çıxarır. Bədəndə olan ödem və şişkinliyi azaldır.
- Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir, iştahanı artırır, köp və qəbizlik kimi problemləri yüngülləşdirir. Mədə ağrılarını və spazmı azaldır.
- Saç və dəri üçün faydalıdır. Yatıqqanqal dəmləməsi saç tökülməsinin qarşısını ala bilir və dəridəki səpgilərə, sızanaqlara qarşı da effektlidir.
- Sinir sistemi üçün faydalıdır. Yüngül sedativ təsir göstərir, əsəb sakitləşdirici kimi istifadə olunur.
- Yuxusuzluğa qarşı təsirlidir. Stress və narahatlıq hallarında rahatladıcı təsir göstərir.
- Baş ağrılarına qarşı təsirlidir. Migren və gərginlikdən yaranan baş ağrılarını yüngülləşdirmək üçün istifadə edilir.
- Tənəffüs sisteminə müsbət təsir göstərir. Tənəffüs yollarında iltihabı aradan qaldırır, xüsusilə də boğaz ağrıları zamanı əsnəkdə, badamcıqlarda yaranmış qızartı və şişkinliyi azaldır və soyuqdəymədə istifadə olunur.
- Öskürək və bronxit zamanı bəlğəmgətirici təsiri olur.
Qurudulmuş yarpaqlardan və çiçəklərdən çay hazırlanaraq içilir. Bəzən tinktura (spirtli cövhər), məlhəm və ya dəmləmə formasında da istifadə olunur.
“Herba Flora” şirkəti yatıqqanqal otunu həm ayrıca, həm də yatıqqanqalla zənginləşdirilmiş yüksək müalicəvi effekti olan Teader çayının tərkibində istehsal edir.