Pişikotu (Valeriana officinalis) nədir?
Pişikotu (Valeriana officinalis), həmçinin pişik kökü və ya maun kimi tanınan, fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bir bitkidir. Bu bitki əsasən pişiklərə göstərdiyi təsirlə məşhurdur. Pişikotu aktinidin adlı uçucu bir maddə ilə zəngindir və bu maddə əksər pişiklərin davranışına müvəqqəti stimullaşdırıcı təsir göstərir.
Pişiklər onu iylədikdə və ya çeynədikdə həyəcanlana, yuvarlana, tullanıb-düşə və hətta transtəsir kimi bir vəziyyətə keçə bilər. Bundan əlavə, təbii insektisid kimi də istifadə edilə bilər, çünki aktinidin bir çox həşəratları, xüsusən də ağcaqanadları uzaqlaşdırır, onların sinir sisteminə, tənəffüs yollarına və ya böyümə proseslərinə mənfi təsir göstərərək onları məhv edir. Pişikotu əsasən Avropa, Asiya və Şimali Amerikada yetişir və bağçılıqda dekorativ və faydalı bitki kimi də becərilir.
Pişikotu bitkisinin xüsusiyyətləri:
1. Sakitləşdirici təsir edir
2. Stresi və narahatlığı azaldır
3. Yuxugətirici kimi təsir edir
4. Həzm sisteminin işini yaxşılaşdırır, meteorizmi (köpü) azaldır
5. Bağırsaq spazmlarını aradan qaldıraraq qarında ağrını yüngülləşdirir
6. Mədə ağrıları və ishal zamanı faydalıdır
7. Ağrıkəsici və iltihab əleyhinə təsiri edir
8. Baş ağrısı və miqren ağrılarını yüngülləşdirmək üçün istifadə olunur
9. Oynaqlarda və əzələlərdə yaranan ağrıları azaltmağa kömək edir
10. İmmuniteti gücləndirir
11. Soyuqdəymə və qrip zamanı tərlədici təsir göstərərək bədənin sağalma prosesini sürətləndirir
12. Öskürək və bronxit zamanı bəlğəmqovucu kimi istifadə olunur
13. Boğazda iltihabı azaltmağa kömək edir
14. Qadınlarda menstrual dövrü tənzimləməyə və ağrıları azaltmağa kömək edir
15. Yaraların və həşərat dişləmələrinin sağalmasını sürətləndirir
16. Dəridə qaşınma və qızartını azaldır
17. Təbii insektisid kimi istifadə olunur
Pişikotu bitkisinin təsiredici xüsusiyyətləri:
Pişikotu bitkisinin kökləri insanlar üçün bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Bitki çay şəklində dəmlənərək stresi azaltmaq və yuxunu yaxşılaşdırmaq üçün istifadə edilir. Köklərində 2%-ə qədər efir yağı, borneol, valerian turşusu, izovalerian turşusu, kamfen, pinen və digər terpenlər, həmçinin, xatinin alkaloidi, valerin qlükozidi, aşı maddələr, üzvi turşular və şəkər vardır.
İstifadə qaydalarına gəlincə pişikotu köklərini qaynar suya əlavə edib 10-15 dəqiqə dəmləyib içmək olar. Ekstrakt formada daxilə qəbul etməklə daha effektiv nəticə əldə etmək olur. Pişikotunun yağ və ekstraktından aromaterapiyada və ya masaj üçün istifadə edilə bilər. Təzə yarpaqları çeynənir və ya xaricə istifadə üçün əzilərək tətbiq edilir.
Pişikotunun sakitləşdirici təsiri olduğuna görə yüksək dozada istifadə edildikdə yuxululuq yarada bilər. Hamilə qadınların və arterial təzyiqin düşməsindən əziyyət çəkənlərin ehtiyatla istifadə etməsi tövsiyə edilir.
“Herba Flora” şirkətinin məhsullarından Teazol, Teader, Teartroz, Sedativ çayları və Sedat10 kapsulu tərkibindəki pişikotunun hesabına sakitləşdirici və yuxugətirici effektə malikdir.