Sürvə yarpağı və bilinməyən faydaları nələrdir?

Mündəricat

Sürvə yarpağı nədir?

Sürvə yarpağı (Salvia officinalis) müalicəvi xüsusiyətlərinə görə məşhurdur. Başqa adı Adaçayı olan Sürvə Lamiaceae ailəsinə aiddir. Əsasən Aralıq dənizi bölgəsində geniş yayılan çoxillik bitkidir. Sürvə yarpağının həm farmakoloji, həm də tibbi sahələrdə çoxşaxəli istifadəsi qədim dövrlərdən məlumdur. Bitkinin tərkibi flavonoidlər, sineol, kalsium, maqnezium, A və K vitaminləri, essensial yağlar, taninlər, rozmarin turşusu, fenol turşuları, uçucu yağlar və diterpenoidlər kimi bir sıra bioaktiv maddələrlə zəngindir. Bu birləşmələr ona müxtəlif terapevtik xüsusiyyətlər bəxş edir.

Sürvə yarpağı və xüsusiyyətləri:

1. İmmuniteti gücləndirir
2. İltihab əleyhinə təsir edir
3. Sinir sistemini sakitləşdirir
4. Həzmi yaxşılaşdırır
5. Antiseptik təsir edir
6. Antibakterial təsir edir
7. Bürüyücü təsir edir
8. Göbələk əleyhinə təsir edir

Sürvə yarpağı və təsiri:

Hüceyrələrin oksidləşməsini azaldır, sərbəst radikalları neytrallaşdırır və orqanizmdən xaric edir, həmçinin xərçəng hüceyrələrinin inkişafının qarşısını alaraq xərçəngdən qoruyucu təsir göstərir.

Antimikrob və antiseptik təsir xüsusiyyətinə görə bakteriyalara, viruslara və göbələklərə öldürücü təsir göstərir. Bakteriostatik təsiri sayəsində sürvə yarpağının ekstraktı boğaz ağrısı, badamcıq iltihabı və ağız boşluğu infeksiyalarında bakteriya və bütün törədicilərin inkişaf edərək çoxalmasının qarşısını alır. Tənəffüs yolları xəstəliklərindən quru və bəlğəmli öskürək, bronxit, faringit, laringit kimi xəstəliklərin simptomlarını aradan qaldırır.

Sürvə yarpağı tərkibindəki rozmarin və ursul turşuları iltihabı azaldır, artrit və digər xəstəliklərdə güclü iltihab əlehinə təsir edir. İltihabın bütün fazalarını qısaldaraq sorulmasını və yaraların regenerasiyasını sürətləndirir.
Sakitləşdirici xüsusiyyətləri ilə stress və narahatlıq hallarında faydalıdır. Beyin funksiyalarını dəstəkləyərək yaddaşın yaxşılaşmasına kömək edir. Hormonal balansı tənzimləyir, menopauza dövründə hormonal dalğalanmaları yüngülləşdirir, tərləmə, həyəcanlanma, ürəkdöyünmə, istilikbasma və boğulma kimi simptomları azaldır.

Mədə və bağırsaq problemlərində (köp, diareya) kömək edir. Mədə şirəsi ifrazını stimullaşdırır. Hipoasid qastritlər zamanı mədə turşuluğunu artıraraq pozulmuş həzmi normallaşdırır, ürəkbulanma, köp, iştahanın pozulması kimi əlamətləri aradan qaldırır.
Dəri xəstəlikləri zamanı dəridə olan yara və eroziyaların regenerasiyanı yaxşılaşdırır, şəkər xəstəliyində yaranan trofiki yaraların sağalmasını sürətləndirir və digər dəri infeksiyalarında istifadə olunur.

Şəkər və lipid mübadiləsini sürətləndirir, qanda şəkərin səviyyəsini və xolesterolu tənzimləyərək ateroskleroz əleyhinə təsir göstərir.
Orqanizmdə qan dövranını yaxşılaşdırır, qan təzyqini və ürək-damar sisteminin fəaliyyətini tənzimləməyə yardım edir.
“Herba Flora” şirkətinin istehsal etdiyi bir çox məhsulların tərkibində sürvə yarpağından istifadə olunub. Angins10, Propomix, Teasept, Teaqrip, Qastren kimi məhsullardan bir çox xəstəliklər zamanı istifadə olunur.
Herba Flora məhsullarından istifadə edin, sağlam olun.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız