Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Quşarmudu nədir və təsiredici xüsusiyyətləri nələrdir?

Mündəricat

Quşarmudu nədir?

Quşarmudu xalq arasında təbii üsulla müalicədə geniş Istifadə olunan bitkilərdən biridir. Quşarmudu gülçiçəyikimilər fəsiləsinə aid olan, çox faydalı bir bitkidir. Əsasən Asiya və Avropanın mülayim iqlimə malik bölgələrində yayılıb. Quşarmudu meyvəsi kiçik, parlaq, narıncı rəngdə olur, həm də çox turş və dadlıdır. Quşarmudunun tərkibi C vitamini ilə çox zəngindir, meyvələrinin tərkibində limondan dəfələrlə çox vitamin var. Məhz bu xüsusiyyətinə görə quşarmudu C vitamininin qış deposu da adlandırılır.

Hündür və gövdəli ağacı olan quşarmudunun meyvəsi qış aylarında quşların əsas qida mənbəyidir. İnsanlar da quşarmudunun meyvələrindən müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edirlər. İlin bütün fəsillərində bu meyvənin faydalarından istifadə etmək üçün əvvəlcədən tədarük görülür. Quşarmudunun tədarük görülməsi onun növündən asılıdır və prosesə oktyabr ayından başlanılır. Bitkinin yabanı növünün tədarükünə isə ilk güclü şaxtalar düşən vaxtlardan başlamaq vacibdir. Burada əsas məqam güclü şaxtanın təsirindən quşarmudu meyvəsindəki acı maddələrin parçalanması və nəticədə dadının yaxşılaşmasıdır. Tərkibindəki C vitamini maddələr mübadiləsini sürətləndirir, oksidləşmə-reduksiya reaksiyalarını sürətləndirir və orqanizmin oksigenizasiyasını yaxşılaşdırır.

Quşarmudu meyvəsinin xüsusiyyətləri:

  1. İmmuniteti gücləndirir
  2. Ürək-damar sistemini qoruyur
  3. Həzm sisteminə müsbət təsir göstərir
  4. Dəri və saç sağlamlığını yaxşılaşdırır
  5. Bağırsaqların işini tənzimləyir
  6. Qaraciyəri və qanın tərkibini təmizləyir
  7. Maddələr mübadiləsini sürətləndirir
  8. İfrazat sisteminin işini yaxşılaşdırır
  9. Stress və depressiyanı azaldır
  10. Yaddaşı və beyin fəaliyyətini yaxşılaşdırır
  11. Yuxunu normallaşdırır
  12. Sinir hüceyrələrini qoruyur

Quşarmudu meyvəsinin təsiredici xüsusiyyətləri:

Quşarmudunun tərkibi A, E, K vitaminləri ilə də zəngindir. Bu bitkidən tərkib və təsirinin zənginliyinə görə, bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunması barədə məlumatlar çoxdur. Belə ki, E vitamini ilə zənginliyi dəri xəstəliklərinin müalicəsində və qarşısının alınmasında xüsusi təsirə malikdir.
Quşarmudundan çay, kapsul, ekstrakt, şirə və yağ formalarında istifadə olunur. Belə ki, onun yağından yanıqlarda, dəri quruluğunda və bununla əlaqədar dərinin buynuz qişasının müxtəlif xəstəliklərində geniş istifadə olunur. Dəri törəmələrinə aid olan dırnaq və saçların keyfiyyətini yaxşılaşdırır, onların qırılmasının qarşısını alır, mökəmləndirir və parlaqlıq verir. Qış aylarında immuniteti gücləndirmək məqsədi ilə bitkinin çay və şirəsindən içmək çox faydalıdır.

Quşarmudu sinir sistemi üçün də faydalı hesab edilir. Onun tərkibində antioksidantlar, flavonoidlər, maqnezium və kalium vardır. Bunlar sinir sisteminin sağlamlığını və normal fəaliyyətini dəstəkləyir.
Sinir sisteminə quşarmudunun müsbət təsirləri əsasən E vitamini və Omeqa-7 yağ turşusu hesabınadır. Əgər sinir sisteminiz üçün təbii dəstək axtarırsınızsa, quşarmudunu balanslı şəkildə qida rasionunuza daxil edə bilərsiniz. Lakin hər hansı bir xroniki xəstəliyiniz varsa və ya dərman qəbul edirsinizsə, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyiniz tövsiyə olunur.
“Herba Flora” şirkəti ilin hər fəslində istifadə etmək üçün qurudulmuş quşarmudu meyvələrini istehsal edir.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız