Qatırquyruğu nədir?
Qatırquyruğu (latın dilində Equisetum) Azərbaycan dilində adətən “atquyruğu” kimi də tanınır. Bu bitki qədim dövrlərdən təbii müalicə vasitəsi kimi istifadə olunub. Qatırquyruğu çoxillik, kökümsövlu ot bitkisidir. Qatırquyruğu bitkisi əsasən rütubətli, nəmli torpaqlarda, su kənarlarında və meşəlik ərazilərdə bitir. Bu bitkinin bir neçə cinsi mövcud olub, amma müasir dövrdə yalnız bir cins qalıb. Bu cinsin təxminən 25 növü tanınır. Ən çox tanınan sahə qatırquyruğu, qış qatırquyruğu (sərt qatırquyruğu), nəhəng qatırquyruğu, su və bataqlıq qatırquyruğu növləridir. Bunlar daha geniş yayılan və müalicəvi xüsusiyyətləri ilə tanınan növlərdir. Xalq təbabətində bir çox xəstəliklərin müalicəsində qatırquyruğundan geniş istifadə olunur. Bu bitkinin kimyəvi tərkibi olduqca zəngindir. Belə ki, qatırquyruğunun tərkibində flavonoidlər, saponinlər, alkaloidlər, tanninlər, silisium, vitamin C, orqanik turşular, kalium, kalsium, dəmir və manqan kimi minerallar vardır.
Qatırquyruğunun xüsusiyyətləri
Antioksidantdır
İltihab əleyhinə təsir göstərir
Təbii sidikqovucu təsir göstərir
Toxuma və sümük bərpasını dəstəkləyir
Bakteriya və göbələklərə qarşı təsir göstərir
Büzücü və yarasağaldıcı təsirə malikdir
Maddələr mübadiləsini sürətləndirir
Qatırquyruğunun müalicəvi xüsusiyyətləri
Qatırquyruğu bitkisi tərkibindəki silisium hesabına maddələr mübadiləsini sürətləndirir. Bir sıra xəstəliklər var ki, maddələr mübadiləsinin pozulması nəticəsində yaranır. Böyrək daşı xəstəliyi, öd daşı xəstəliyi, piylənmə, şəkər xəstəliyi və revmatoid artrit maddələr mübadiləsinin pozulması səbəbindən baş verən xəstəliklər sırasındadır. Silisium mübadiləni sürətləndirir, böyrək yumaqcıqlarında filtrasiyanı artırır, sidikdə müdafiə kolloidlərini bərpa edir və daşların əmələ gəlməsinin qarşısını alır. Lipid və xolesterin mübadiləsini yaxşılaşdırır, həmçinin lipid spektrini normallaşdırır. Triqliseridlərin miqdarını tənzimləyir.
Sidik yollarınin infeksiyaları zamanı yaranan problemləri aradan qaldırır, filtrasiyanı yaxşılaşdırır, böyrək və sidik yollarına antiseptik, iltihab əleyhinə təsir göstərir. Sistit (sidik kisəsi iltihabı), uretrit, pielonefrit və prostatit xəstəliklərində yüksək effekt verir. Sümük, oynaq və dayaq-hərəkət aparatının bütün xəstəliklərinin müalicəsində və osteoporozun qarşısının alınmasında (silisium səbəbindən) iştirak edir. Əzələ və sümük zədələrinin, yara və kəsiklərin sağalmasını sürətləndirir, sızanaq və ekzema zamanı effektiv təsirə malikdir. Bu xəstəliklərin müalicəsində qatırquyruğu xaricə istifadə edilir. Qatırquyruğunun dəri xəstəliklərinə müsbət təsiri bununla bitmir. Dırnaq və saç sağlamlığını qoruyur, saçların tökülməsini azaldır, uzanmasını stimullaşdırır, dırnaqları möhkəmləndirir. Büzücü təsiri ilə daxili və xarici qanaxmaların qarşısını almağa kömək edir.
“Herba Flora” şirkətinin bir çox məhsullarının tərkibi qatırquyruğu bitkisi ilə zənginləşdirilmişdir. Teakard, Teader, Fosfalitin, Oksalitin, Teamen, Uralitin çayların tərkibində qatırquyruğunun otu yer alır. Bundan başqa şirkət qatırquyruğu bitkisini ayrılıqda ot şəklində də istehsal edir.
“Herba Flora” şirkətinin bu məhsullarından siz də istifadə edin, sağlam olun!