İtburnu meyvəsinin faydaları nələrdir?
İtburnu (Rosa canina), çoxları üçün sadəcə bir meyvə olsa da bu bitki yalnız çayı və ya mürəbbəsi ilə tanınmamalıdır. İtburnu gülçiçəklilər fəsiləsinə aid bitkilərdən biridir. O, sərt şəraitlərdə belə sağ qala bilir və müxtəlif iqlimlərə uyğunlaşma qabiliyyətinə malikdir. Maraqlıdır ki, itburnu meyvəsi yalnız payız və qış aylarında tam yetişir. Bu, təkcə təbiətdə toxum yayılması üçün deyil, həm də heyvanların qış dövründə qida çatışmazlığını aradan qaldırmaq üçün vacibdir. Bəzi araşdırmalar göstərir ki, itburnunun kökləri yerin dərin qatlarına qədər uzanaraq yeraltı su ehtiyatlarını sabitləşdirir. Bu xüsusiyyət quraq bölgələrdə torpaq münbitliyinin qorunmasına xidmət edir. Qədim tibdə itburnu “həyat meyvəsi” kimi tanınırdı. Çin təbabətində onun toz halına salınmış qabıqlarından dərman hazırlanırdı.
Azərbaycan xalq təbabətində isə itburnunun dəmləməsindən və şərbətindən çox istifadə olunur. İtburnu meyvəsi P, C, B qrupu, PP vitaminləri, dəmir duzları, karotinoidlər, pektin, qalaktolipidlərlə, Omeqa-3 və Omeqa-6 yağ turşuları ilə zəngindir.
İtburnu meyvəsinin xüsusiyətləri:
1. Soyuqdəymə əleyhinə təsir edir
2. İmmunstimulyatordur
3. Sidikqovucudur
4. İltihab əleyhinə təsir edir
5. Ödqovucudur
6. Antioksidantdır
7. Maddələr mübadiləsini sürətləndirir
8. Böyrək daşlarını əridir
9. Oksidləşmə-reduksiya reaksiyalarını sürətləndirir
10. Hipotenziv effekt verir
İtburnu meyvəsinin təsirləri:
Müasir dövrdə aparılan tədqiqatlar göstərir ki, itburnu meyvəsi tərkibindəki bəzi bioaktiv birləşmələr antioksidant təsir göstərir. Bu birləşmələr yalnız təzə meyvələrin tərkibində deyil, həm də qurudulmuş xammalda da çox miqdarda olur və güclü təsir göstərir. Digər bir fakt isə onun Omeqa-3 və Omeqa-6 yağ turşularının hesabına ürək-damar sağlamlığını dəstəkləyən nadir xüsusiyyətə malik olmasıdır. İtburnunun tərkibi flavonoidlərlə zəngin olduğu üçün damar tıxanmasının qarşısını alır, sidikqovucu effekt verərək arterial təzyiqi aşağı salır.
Hipoksik hallarda tərkibindəki C vitamini hesabına oksidləşmə-reduksiya reaksiyalarını sürətləndirir, toxumaların oksigenizasiyasını artırır və hüceyrə səviyyəsində hipoksiyanı azaldır.
Xərçəng xəstəliyinin müalicəsində ən çox itburnunun ekstraktından istifadə etmək məqsədə uyğundur. Tədqiqatlar göstərir ki, itburnu ekstraktında olan antioksidantlar şişlərin böyüməsini ləngidə bilər.
İtburnu meyvələri qanda şəkər səviyyəsini tənzimləməyə kömək edən təbii insulinə bənzər birləşmələrlə zəngin olduğu üçün orqanizmdə qlükoza səviyyəsini tənzimləyir.
İtburnu yağı dərini yüksək nəm saxlama xüsusiyyətinə malik olduğu üçün qırışların qarşısını alır, onu tonuslandırır, günəş ləkələrinin sağalmasına kömək edir.
İtburnu yalnız insanlar üçün deyil, təbiətin özü üçün də bir xilaskardır. O, müxtəlif növ arılar, kəpənəklər və digər tozlandırıcılar üçün qida mənbəyidir. Maraqlıdır ki, itburnu çiçəklərinin rəngi torpağın turşuluq səviyyəsinə görə dəyişə bilir. Bu, onun ekoloji balans göstəricisi kimi istifadə olunmasına imkan yaradır.
Azərbaycanda itburnu ənənəvi kənd təsərrüfatı məhsulu hesab olunur. İtburnu sadəcə çoxşaxəli bir bitki deyil, təbiətin insana bəxş etdiyi möcüzədir.
“Herba Flora” şirkətinin məsullarından olan İmmunotea, Mirfazin, Teartroz çayları və Lorosept məhlulunun tərkibi itburnu meyvəsi ilə zənginləşdirilmişdir. Bu da bir çox xəstəliklərin müalicəsində yüksək effekt verir.