Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Dəmrovotu nədir və təsiredici xüsusiyyətləri nələrdir?

Mündəricat

Dəmrovotu nədir?

Dəmrovotu çoxillik ot bitkisidir. Əsasən Aralıq dənizi regionu, Şimali Amerika, Afrika, hətta Avstraliya və Yeni Zelandiya kimi ərazilərdə geniş yayılmışdır. Bitkinin bir neçə növü mövcuddur, qədim zamanlardan xalq təbabətində və müasir tibdə müalicəvi xüsusiyyətləri ilə tanınır. Dəmrovotu bitkisinin tərkibi helidonin, homohelidonin, koptizin, sanqvinarin, heleritrin, berberin kimi alkaloidlər qrupu, saponinlər, həmçinin alma, kəhraba, limon kimi üzvi turşular, efir yağları, vitaminlər, mikroelementlər və digər bioloji aktiv maddələrlə zəngindir.

Dəmrovotunun xüsusiyyətləri:

  1. Öskürəyi və soyuqdəyməni aradan qaldırmağa kömək edir.
  2. Mədə-bağırsaq sistemi xəstəliklərində mədə şirəsinin sekresiyasını artırır, peristaltikanı normallaşdırır. Xroniki pankreatit, qəbizlik və bir sıra həzm problemlərində istifadə olunur. Babasil zamanı bitki islatma və kompres şəklində istifadə olunur.
  3. Qan-damar sisteminə müsbət təsir göstərir. Ürək-damar sisteminin işini yaxşılaşdırır və qan dövranını sürətləndirir. Venaların varikoz genişlənməsi, çətin sağalan trofiki xoralar və yaralar, nekrotik proseslər zamanı tətbiq olunur.
  4. Sidik-ifrazat sisteminin müxtəlif problemlərində sidikqovucu və iltihab əleyhinə təsir göstərir. Xroniki iltihabi böyrək, sidik kisəsi xəstəliklərində, prostatitlər, uşaqlığın xoşxassəli şişləri, uşaqlıq boynunun eroziyası zamanı faydalıdır.
  5. Dəri xəstəliklərində (sızanaq, ekzema, dəmrov və s.) istifadə olunur.

Dəmrovotunun təsiredici xüsusiyyətləri:

Dəmrovotu insan orqanizminə spazmolitik, ağrıkəsici, sakitləşdirici təsir göstərir. Taxikardiyanı azaldır, hipotenziv effekt verərək arterial təzyiqi də aşağı salır. Homohelidonin alkoloidi isə əksinə effekt verir. Berberin alkoloidi antioksidant, iltihab əleyhinə, immunitet gücləndirici, ödqovucu, qaraciyərqoruyucu, şəkərsalıcı, hipolipidemik təsir göstərir. Öd kisəsinin tonusunu azaldır, ödün qaraciyərdaxili öd yollarından öd kisəsinə və onikibarmaq bağırsağa tökülməsini sürətləndirir. Bundan başqa qanda xolesterin toplanmasının qarşısını alır.

Damarlarda aterosklerotik lövhəciklərin çökməsini önləyir. Şiş xəstəliklərinin erkən mərhələdə inkişafının qarşısını alır. Üzvi turşular, saponinlər virus əleyhinə, mikrob əleyhinə təsir göstərir. Göbələk əleyhinə və vərəm mikobakteriyaları əleyhinə effektlidir. Çoxillik ot bitkisi olan dəmrovotu müasir tibdə ən çox psoriaz, dermatoz kimi xəstəliklərin müalicəsi üçün tətbiq olunur.

Xaricə tətbiq edərək dəmrovotu ilə ziyillər yandırılır, dəri vərəmi və çətin sağalan yaralar da müalicə də olunur. Dəmrovotu şirəsi polip, haymorit, diş ağrısında effektlidir. Onu şampun və balzamlara əlavə etdikdə kəpək və seboreyanın qarşısını alır.

Dəmrovotunun ən çox qurudulmuş yarpaqları və çiçəklərindən çay, həlim və ya məlhəm formasında istifadə edilir. Ancaq dozasına diqqət yetirmək vacibdir, çünki həddindən artıq istifadə orqanizm üçün zərərli ola bilər.
“Herba Flora” şirkətinin Dəmrovotu adı ilə istehsal etdiyi təbii məhsul yerli islatma və vanna şəklində istifadə olunur.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız