Biryanlı ortiliya nədir ?
Biryanlı ortiliya (Orthilia secunda) ginekoloji xəstəliklərin müalicəsində geniş istifadə olunan çoxillik dərman bitkisidir. Bu bitki əsasən quru və iynəyarpaqlı meşələrdə bitir və tərkibindəki aktiv maddələr sayəsində qadın sağlamlığı üçün mühüm rol oynayır. Rusiyanın şimalında, xüsusən də Sibirdə və bəzi Avropa ölkələrində geniş yayılmışdır. Biryanlı ortiliyanın yerüstü hissəsi şaxəli, yarpaqlarının düzülüşü növbəli, ciçəkləri zınqırovşəkilli olub bitkinin yuxarı hissəsində çətir halında toplanır. Müalicə məqsədilə bitkinin ancaq yerüstü hissəsindən istifadə edilir.
Biryanlı ortiliyanın xüsusiyyətləri
Biryanlı ortiliya bitkisinin tərkibində bir sıra bioloji aktiv maddələr vardır ki, bu maddələrin hər biri müxtəlif xüsusiyyətə malikdir.
- Tartarik və limon turşuları – metabolizmi dəstəkləyir.
- Hidroxinon – antioksidant və antibakterial təsir göstərir.
- Vitamin C – immuniteti gücləndirir.
- Arbutin – iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
- Saponinlər – sidikqovucu təsir göstərir.
- Taninlər – iltihabın qarşısını alır və bədənə qoruyucu təsir edir.
Tərkibində yuxarıda sadaladığımız birləşmələr, eyni zamanda sink, titan, dəmir, nikel, mis və maqnezium kimi mikroelementlər olan biryanlı ortiliya ginekoloji və uroloji xəstəliklərin müalicəsində çox effektlidir. Təbabətdə biryanlı ortiliya bitkisi əsasən qadınlarda rast gəlinən iltihab mənşəli xəstəliklər, qadın sonsuzluğu, endometrioz, menstrual və hormonal pozuntular, fibroma və miomalar, vaginit, kolpit və digər xəstəliklərin müalicəsində geniş tətbiq olunur. Bundan başqa bəd və xoş xassəli şişlər, kişi xəstəlikləri (oliqospermiya, impotensiya), şəkərli diabet, böyrəküstü vəz, qalxanabənzər vəz və mədəaltı vəz xəstəliklərində də istifadə edilir.
Biryanlı ortiliyanın müalicəvi xüsusiyətləri
Biryanlı ortiliya əsasən qadın hormonları, xüsusilə estrogen səviyyəsinə təsir göstərir. Hormonal balanssızlıq bir çox ginekoloji problemin əsas səbəblərindən biri olduğuna görə, bitki əsasən estrogen səviyyəsini tənzimləmək üçün istifadə edilir. İstifadədən əvvəl mütləq qanda estrogen miqdarını yoxlamaq tövsiyə olunur.
Biryanlı ortiliyanın ən əsas müalicəvi xüsusiyyəti amenoreya (menstruasiya olmaması) zamanı menstruasiya dövrünün bərpasına kömək etməsidir. Bundan başqa yumurtalıq kistləri və polikistik yumurtalıq sindromu zamanı iltihabı azaldır və yumurtalıqların funksiyasını yaxşılaşdırır, uşaqlıq borularının tıxanması zamanı reproduktiv sistemin fəaliyyətini normallaşdırır. Beləliklə sonsuzluq hallarında hormon balansını tənzimləyərək hamiləlik şansını artırır.
Biryanlı ortilia əsasən aybaşı dövrünün müxtəlif mərhələlərində istifadə edilir. Məsələn, estrogen səviyyəsi normal və ya yüksək olduqda menstruasiya bitdikdən sonra qəbul edilir. Estrogen səviyyəsi aşağı olduqda isə ovulyasiyadan sonra, yəni tsiklin ikinci yarısında qəbul edilməlidir. Müalicə müddəti 3 aydan 6 aya qədər davam edə bilər. Bu müddət xəstəliyin spesifik xüsusiyyətlərindən, xəstənin yaşından və hormonal fonundan asılıdır. Biryanlı ortiliyadan bişirmə, dəmləmə, spirtli tinktura, yağda çıxarış və başqa bitkilərlə birlikdə müxtəlif formalarda istifadə olunur.
“Herba Flora” şirkətinin istehsalında biryanlı ortiliyanın məxsusi yeri vardır. Biryanlı ortilia, xüsusilə qadın sağlamlığı üçün güclü müalicəvi xüsusiyyətlərə malik bir bitkidir. Onun düzgün və nəzarətli istifadəsi hormonal balansı tənzimləyərək müxtəlif ginekoloji problemlərin qarşısını ala bilir.