Teabronx Çayı

Öskürək üçün çay

Tərkibi:
Şirin biyan kökü, dəvədabanı yarpağı, böyük bağayarpağı yarpağı, kəklikotu otu, razyana meyvəsi, istiotlu nanə yarpağı.

İstifadəsi:
1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Qəbul müddəti 14 gündür.

Buraxılış forması:
25 filtr-bağlama, karton qutuda.

Saxlanması:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.
Saxlanma müddəti 2 ildir.

100 ml hazır dəmləmə üçün qida dəyəri:
Zülal 0 q, yağ 0 q, karbohidrat < 0,5 q.
Enerji dəyəri: < 3 kC/1 kkal.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com

TŞ AZ 1400297541.002-2019

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Teabronx – Hər fincanda rahat nəfəs!

Teabronx çayı tənəffüs sisteminin funksional vəziyyətini dəstəkləmək üçün xüsusi olaraq hazırlanmış bitki qarışığıdır. Tərkibində olan şirin biyan, dəvədabanı, bağayarpağı, kəklikotu, razyana və istiotlu nanə kimi zəngin bitki kompleksi sayəsində, xüsusilə mövsüm dəyişiklikləri zamanı boğaz nahiyəsində yaranan quruluq və həssaslığı aradan qaldırır. Eyni zamanda qatı bəlğəmi durulaşdıraraq tənəffüs yollarından daha rahat xaric olmasına kömək edir. Həmçinin tənəffüs sisteminin təbii yollarla təmizlənmə prosesini asanlaşdıraraq orqanizmin müqavimət gücünü qoruyur.

Əsas təsiredici maddələr:

  • Şirin biyan (Glycyrrhiza glabra) kökü: triterpen saponinlər (qlisirrizin və qlisirrizin turşusu), flavonoid birləşmələri (likviritin, izolikviritin), steroidlər, efir yağları.
  • Dəvədabanı (Tussilago farfara) yarpağı: selikli maddələr (mukopolisaxaridlər), acı qlikozidlər (tussilaqin), inulin, saponinlər, flavonoidlər (rutin, izokversitin), üzvi turşular.
  • Böyük bağayarpağı (Plantago major) yarpağı: qlikozidlər (aukubin), selikli maddələr, polisaxaridlər, flavonoidlər, aşı və acı maddələr, üzvi turşular, K və C vitaminləri, karotin.
  • Sürünən kəklikotu (Thymus serpyllum) otu: efir yağları (timol və karvakrol), flavonoidlər, taninlər, acı maddələr, mineral duzlar.
  • Adi razyana (Foeniculum vulgare) meyvəsi: efir yağları (anetol, fenxon), yağ turşuları, flavonoidlər, qlikozidlər.
  • İstiotlu nanə (Mentha piperita) yarpağı: efir yağları (mentol, menton), flavonoidlər, üzvi turşular.

Teabronx çayının faydaları:

  • Tənəffüs rahatlığını dəstəkləyir: tənəffüs yollarının funksional vəziyyətini yaxşılaşdırır, nəfəs almağı asanlaşdırır və sinə nahiyəsində ümumi rahatlıq hissi yaradır.
  • Təbii yumşaldıcı təsir göstərir: şirin biyan kökü və bağayarpağı boğaz nahiyəsinə yumşaldıcı təsir göstərir, quruluğu və qıcıqlanmanı aradan qaldırmağa kömək edir.
  • Təbii antiseptik və müdafiə baryeri: kəklikotu və istiotlu nanənin tərkibindəki efir yağları ağız və boğaz boşluğunda təbii qoruyucu mühit formalaşdırır və orqanizmin ümumi müdafiə baryerini dəstəkləyir.
  • Spazmları azaldır və rahatladır: razyana və istiotlu nanə tənəffüs sisteminə sakitləşdirici təsir göstərərək spazmların aradan qaldırılmasına və rahatlığa kömək edir.

Teabronx çayı kimlər üçün uyğundur?

  • Rahat tənəffüs istəyənlər üçün: gün ərzində nəfəs almanı daha rahat və asan etmək, sinə nahiyəsində yüngüllük hiss etmək istəyən şəxslərə.
  • Boğazında quruluq və qıcıqlanma olanlar üçün: boğaz və yuxarı tənəffüs yollarında yumşaldıcı dəstəyə ehtiyacı olanlara.
  • Mövsüm dəyişikliklərinə həssas olanlar üçün: havaların kəskin dəyişdiyi dövrlərdə orqanizmin təbii müdafiə baryerini gücləndirmək istəyənlərə.

Əlaqəli bloq yazıları:

Bronxial astma xəstəliyi nədir?

Oxşar Məhsullar