Məhsullarımız
Bitki Çayları
Müalicəvi Bitki Çayları
Teastomi̇n Çay
Mədə üçün çay
Tərkibi:
Cökə çiçəyi, zəyərək toxumu, şirin biyan kökü, istiotlu nanə yarpağı, razyana meyvəsi, kəcəvər kökü və kökümsovu.
İstifadəsi:
İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 4 dəfə, hər dəfə 100 ml yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə qəbul edilir.
Qəbul müddəti 30 gündür.
Buraxılış forması:
25 filtr-bağlama, karton qutuda.
Saxlanması:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.
Saxlanma müddəti 2 ildir.
100 ml hazır dəmləmə üçün qida dəyəri:
Zülal 0 q, yağ 0 q, karbohidrat < 0,5 q.
Enerji dəyəri: < 3 kC/1 kkal.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com
TŞ AZ 1400297541.002-2019
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Təbii bitkilərin gücü ilə zənginləşdirilmiş Teastomin çayı, mədə-bağırsaq sistemini qoruyan və bərpa edən effektiv vasitədir. Mədə və bağırsaq sistemini qoruyur, selikli qişanı bürüyərək qıcıqlanmanın qarşısını alır. Antasid və spazmolitik təsiri sayəsində turşuluğu azaldır, qıcqırma və ürəkbulanmanı aradan qaldırır. Həzmi tənzimləməyə və köpü aradan qaldırmağa kömək edir.