HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Pol-pala otu

Tərkibi:
Pol-palanın tərkibində indol alkoloidləri ervin, metilervin, ervozid, ervolanin, feruloilamid­lər, fenol turşuları, flavonoidlər (asilqlikozidlər – tilirozid, kuma­roil-tilirozid, ervitrin, narsissin), triter­penoid­lər, pektin maddələr, lupeol, kemp­ferol və olein turşusu törə­mələri və s. vardır.

İstifadəsi:
Bir xörək qaşığı otun üzərinə 200 ml (1 stəkan) su tökülür, qay­nayana qədər qızdırılır, soyu­dulur, süzülür. Səhər və günorta, hər dəfə 1/3 stəkan qəbul edilir. Bişirməyə şəkər əlavə etmək olar. Bişirməni sərin yerdə 2 gün saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Pol-pala otunun xüsusiyyətləri

Pol-pala birillik, ya ikillik bitki olub hündürlüyü 10-50 sm-ə çatır. Pol-pala Hindistan, Afrika, Avropa və Şimali Amerikanın mülayim və subtropik iqlimli ərazilərində yetişir. Bitkinin xırda, çəhrayı rəngli çiçəkləri vardır. Ona ən çox günəşli bölgələrdə, çəmənlik və düzənliklərdə rast gəlmək olar.

Pol-pala öz faydalı və əhəmiyyətli xüsusiyyətlərinə görə həm xalq, həm də ənənəvi təbabətdə özünəməxsus yer tutur. Bitkinin tərkibi eritrosentavrin adlı acı qlikozid, selik, flavonoidlər, ksanton və alkaloidlər, üzvi turşular, aşı maddələr, saponinlər, kumarin, polisaxaridlər kimi bioloji aktiv komponentlərlə zəngindir.

Pol-pala otu və faydaları

Pol-pala xalq təbabətində sidikqovucu, spazmolitik, antiseptik, iltihab əleyhinə, qurd əleyhinə, şəkərli diabet əleyhinə bitki kimi istifadə olunur. Selik saxlayan bitki olduğu üçün qastrit və xoraların müalicəsində faydalıdır. Alkan birləşmələri hesabına mədə və bağırsaqlara bürüyücü təsir göstərir. Bürüyücü qat altında eroziya və xora sahələrinin regenerasiyasını sürətləndirir.

Tərkibindəki ervozid, metilervin, ervin və ervolanin kimi alkoloidlər qan dövranını yaxşılaşdırır, qankəsici effekt verir. Aminturşuları ilə zəngin olduğu üçün qanda hemoqlobinin miqdarını artırır, qanın oksigenlə zənginləşməsini təmin edir. Flavonoidlər qan damarlarının divarını möhkəmləndirir, arterial təzyiqi stabilləşdirir. Ürək ritmini və böyrəküstü vəzin fəaliyyətini tənzimləyir.

Pektin ehtiva etdiyi üçün qanda pis xolesterinin miqdarını azaldır, toksinləri, şlakları və ağır metal duzlarını orqanizmdən çıxarır. Bundan başqa bu bitkinin qan şəkərini tənzimlədiyi də məlumdur. Bitki sinir sisteminin də fəaliyyətini yaxşılaşdırır, yaddaşı və diqqəti artırır. Bundan başqa ağrını və spazmı azaldır. Bitkinin fenol turşuları zərərli mikroorqanizmləri məhv edir, yara və yanıqları müalicə edir, onları ikincili infeksiyalaşmadan qoruyur.

Böyrək və sidik yolları xəstəliklərində pol-pala otunun rolu

Pol-pala otu qədim zamanlardan bəri böyrək və öd kisəsində daşların əridilməsi üçün istifadə olunur. Bitki böyrək və sidik yolları xəstəliklərinin müalicəsində çox faydalıdır. Antiseptik və iltihab əleyhinə effektli komponentləri hesabına pol-pala böyrək və sidik yollarında iltihabi prosesləri azaldır, sistit və uretritlər zamanı yüksək effekt verir. Güclü sidikqovucu olduğu üçün bədəndən artıq mayeni çıxarır, ödem və şişkinliyi azaldır, orqanizmin ümümi əhval-ruhiyyəsini yaxşılaşdırır.

Mineral mübadiləsini normallaşdırdığı üçün qan zərdabında sidik cövhərinin miqdarını azaldır, kaliumu bədəndə saxlayaraq natriumun çıxarılmasına kömək edir. Bir sözlə sidikdə zərərli maddələrin miqdarını azaldır. Pol-pala sidik-daşı xəstəliyinin başlanğıc mərhələsindən tutmuş pielonefrit, su-duz mübadiləsinin pozulması ilə müşayiət olunan podaqra, spondilyoz, poliartrit kimi xəstəliklər zamanı effektlidir. Güclü antioksidantdır, şiş hüceyrələrinin inkişafının qarşısını alır, fibroma və poliplərin müalicəsində faydalıdır.

  • “Herba Flora” şirkəti pol-pala bitkisini tək şəkildə istehsal edir. Pol-pala sağlamlıq mənbəyidir!

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar